Plastik kartlar və ya ödəmə kartları - vəsait ödəniməsində istifadə edilən "elektron pul"lardır. Müasir dövrdə demək olar ki, hər kəsin ehtiyac duyduğu bu kartların istifadəsi zaman keçdikcə artır. Bu kartlar vasitəsi ilə biz, həm nağd, həm də nağdsız ödənişlər edirik.
Belə kartlar müştərilərə müxtəlif valyutalarda təklif olunur və ödənişlərinizi hansı valyutada həyata keçirirsinizsə həmin valyutada plastik kart almağınız daha məqsədəuyğundur.
Lakin, bankların müxtəlif plastik kartlarına sahib olan müştərilər hər zaman kartın valyutası ilə eyni valyutada əməliyyatlar həyata keçirmirlər. Bəzən pul ödənişlərinin digər valyutalarda edilməsi tələb olunur.
Bu zaman biz əlavə olaraq haqq ödəməliyikmi?
Bəli.
Banklar kartın valyutasından kənar valyuta ilə əməliyyat edən zaman özlərinin müəyyən etdiyi konvertasiya haqqını sizin vəsaitinizdən çıxırlar. Biz isə, bu əməliyyatlar zamanı hər bankın tutduğu konvertasiya haqqını araşdırdıq.
Əgər sizin plastik kartınız AZN valyutasındadır və siz digər valyutalarla nağd və nağdsız ödənişlər etmək istəyirsinizsə, onda cədvəllə yaxından tanış olun. Burada hər bir bankın bu əməliyyatlar üçün konvertasiya haqqı qeyd olunmuşdur:
Bank |
Ölkədaxili |
Ölkəxarici |
||
Online |
Nağd |
Online |
Nağd |
|
AccessBank |
2,5% |
2,5% |
2,5% |
2,5% |
AFB Bank |
0,5% |
0,5% |
0,5% |
0,5% |
AGBank |
4% |
4% |
1% |
1% |
Amrahbank |
5% |
5% |
5% |
5% |
Atabank |
0,5% |
5% |
0,5% |
5% |
Azər Türk Bank |
0,5% |
4% |
0,5% |
4% |
Bank BTB |
2% |
2% |
- |
- |
Bank of Baku1 |
- |
- |
- |
- |
Bank Respublika |
2% |
4% |
2% |
4% |
Bank Silk Way |
4% |
4% |
4% |
4% |
Bank Standard |
1% |
2% |
1% |
2% |
Beynəlxalq Bank |
0,5% |
0,5% |
1,5% |
1,5% |
Caspian Development |
4% |
4% |
4% |
4% |
Dəmirbank |
0,5% |
4% |
0,5% |
4% |
Expressbank |
4% |
4% |
4% |
4% |
Kapital Bank |
0,5% |
5% |
0,5% |
5% |
Muğanbank |
2% |
2% |
2% |
2% |
NBC Bank |
2% |
2% |
2% |
2% |
Nikoil Bank |
4% |
4% |
4% |
5% |
Paşa Bank |
2% |
2% |
2% |
4% |
Rabitəbank |
0,5% |
4% |
0,5% |
4% |
Turanbank |
4% |
4% |
4% |
4% |
Unibank |
0,5% |
3,5% |
0,5% |
3,5% |
VTB Bank Azərbaycan |
2% |
2% |
0,5% |
0,5% |
Xalq Bank |
0,5% |
0,5% |
0,5% |
0,5% |
Yapı Kredi Bank Azərbaycan |
3,9% |
- |
3,9% |
3,9% |
1. "Bank of Baku"nun plastik kartları ilə digər valyutalarda əməliyyatlar edərkən heç bir konvertasiya haqqı tutulmur, yalnız, konvertasiya bankın daxili valyuta məzənnəsinə əsasən aparılır.
"Bank BTB"-nin plastik kartları ilə ölkəxaricində valyuta əməliyyatları aparmaq, "Yapı Kredi Bank Azərbaycan"ın kartları ilə isə ölkədaxilində digər valyutada nağd çıxarışlar etmək mümkün deyil.
Qeyd edək ki, adlarını çəkdiyimiz digər banklarda konvertasiya Mərkəzi Bankın həmin günə müəyyən etdiyi valyuta məzənnəsinə uyğun aparılır.
Xarici valyutada olan kartlarla yerli valyutada əməliyyatlar apararkən bankların müəyyən etdiyi konvertasiya haqqını bilmək istəyirsinizsə buraya daxil olun.