Avropada MasterCard istifadə etmək daha sərfəlidir | Banco.az

Avropada MasterCard istifadə etmək daha sərfəlidir

VISA və MasterCard arasındakı əsas fərqlər açıqlanıb.

İstifadəçilərin çoxu VISA və “MasterCard” arasındakı fərqin mahiyyətinə varmır. Adətən belə qiymətləndirirlər: 

“VISA amerikan, “MasterCard” isə Avropa ödəniş sistemləridir”.

Halbuki, bu kartların istifadəsi zamanı daha böyük fərqlər ortaya çıxır, xüsusən də xarici səyahətlər zamanı valyuta dəyişmələrində siz düzgün seçim etməsəniz, iki və ya üç mərhələli konvertasiya nəticəsində pulunuzun bir hissəsini itirə bilərsiniz.  

Banco.az bu barədə Fins.az-a istinadən xəbər verir.

Xatırladaq ki, hər iki ödəniş sistemi xeyli vaxtdır ki, bütün dünyada aktivdir. Bunu ən azı, ödəniş sistemlərinin tam adları da əks etdirir – Visa International Service Association və “MasterCard Worldwide”.

Visa üçün əsas valyuta ABŞ dollarıdır. Bu o deməkdir ki, valyuta konvertasiyası ilə bağlı hər hansı əməliyyat dollardan keçəcək. “MasterCard” üçün isə əsas valyuta həm dollar, həm də avro ola bilər. Bu, çox vacib bir nüansdır. Beləliklə, əməliyyatlar həm avro ilə, həm dollarla keçirilə bilər.

Azərbaycan bankı tərəfdən emissiya edilmiş kartlar misalında bəzi halları nəzərdən keçirək:

1. Sizin hesab manatladı. Siz Almaniyadasınız. Alış-veriş üçün ödəniş avrodadır.

Visa: AZN > USD > EUR

MasterCard: AZN > EUR

Beləliklə, “MasterCard” daha sərfəlidir. 

2. Sizin hesab avrodadır. Siz Parisdəsiz. Alış üçün ödəniş avrodadır.

Ən sərfəli kredit üçün müraciət et

Visa: AZN > USD > EUR

MasterCard: EUR

“MasterCard” açıq-aydın daha sərfəlidir — konvertasiya edilmir. Amma gün kimi aydındır ki, Visa ilə uduzacaqsız, çünki ikitərəfli məzənnə çevrilmələri baş verir. Özdə ki, bir konvertasiya ödəniş sistemi tərəfindən, biri isə sizin bank tərəfindən keçiriləcək.

3. Sizin hesab dollardadı. Siz indi Amerika Birləşmiş Ştatlarındasınız. Alış üçün ödəniş ABŞ dolları üzərindən həyata keçirilir.

Visa: USD

MasterCard: USD > EUR > USD

Visa-da konvertasiya yoxdur, “MasterCard”da isə siz pulunuzun bir hissəsini ikitərəfli məzənnə dəyişikliklərində itirəcəksiz.

4. Sizin hesab manatladır. Siz İsveçrədəsiz. Alış üçün ödəniş İsveçrə kronu üzərindən həyata keçirilir (İsveçrə avrozonaya daxil deyil).

Visa: AZN > USD > EUR > SEK və yaxud AZN> USD > SEK

MasterCard: AZN > EUR > SEK

“MasterCard”la ikitərəfli konvertasiya baş verir. Visa ilə isə iki, hətta üç konvertasiya ola bilər. İş ondadır ki, Avropada əməliyyatların çoxusu avro üzərində keçirilir, ona görə də üçtərəfli konvertasiya belə mümkündür.

Nəticə:

Avropada MasterCard istifadə etmək daha sərfəlidir.

ABŞ-da isə ən düzgün seçim Visa kartdır. Azərbaycana gəldikdə bunun ciddi bir fərqi yoxdur.

Ən sərfəli krediti almaq üçün müraciət et