Latviyanın lizinq şirkəti Azərbaycan bazarını tərk edir | Banco.az

Latviyanın lizinq şirkəti Azərbaycan bazarını tərk edir

 Latviyaya məxsus "TKB Lizings" MMC-nin Azərbaycandakı nümayəndəliyi ləğv olunur. "Report" xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin "Vergilər" qəzetinin xüsusi buraxılışında məlumat verilib.

Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Keykab Səfərəliyeva küçəsi,27 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, "TKB Lizings" şirkəti Azərbaycanla yanaşı, Rusiya, Ukrayna, Kipr, Qazaxıstan və Tacikistanda da nümayəndəliyə malikdir.