Wall Street - Dünyanın maliyyə mərkəzi | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Wall Street - Dünyanın maliyyə mərkəzi

Wall Street -  ABŞ-da, Nyu-York şəhərinin Manhetten kvartalının cənubunda yerləşən küçədir.

Bura, həmçinin, dünyanın maliyyə mərkəzi adlanır. Çünki, ABŞ-ın və düyanın iki nəhəng birjası – Nyu-York Fond Birjası və Nasdaq burada yerləşir. Bunlar təkrar qiymətli kağızlar bazarıdır, yəni əvvəlcədən buraxılmış səhmlər və qiymətli kağızlar burada bazarın iştirakçıları tərəfindən yenidən alınıb satılır.  

Həmçinin Nyu-york Əmtəə Birjası, Nyu-York Ticarət Şurası və keçmiş Amerika Fond birjası kimi təşkilatların baş ofisi də burada yerləşir.

Burada hər gün yüzlərlə birja əməliyyatları həyata keçirilir.