Əməliyyat Mütəxəssisi | Banco.az
PAŞA Bank

Əməliyyat Mütəxəssisi

Vakansiya haqqında məlumat: 

“PAŞA Bank” ASC Əməliyyat və Nəzarət Departamentində Əməliyyat Mütəxəssisi vakansıyasına işəqəbul elan edir.

İŞİN TƏSVİRİ

 Müştərinin (həm bankdaxili, həm də xarici) müvafiq qaydada qarşılanması və onlara peşəkar xidmətin göstərilməsi;
 Müştərilərin xidmət və məhsullara dair ehtiyaclarının müəyyən edilməsi. Onların tələblərinə yönəldilmiş məhsul çeşidlərinin təklif edilməsi və mövcud olan bütün əməliyyat xidmətlərinin göstərilməsi;
 Müştərilərin sorğu və müraciətlərinin daxili prosedur və qaydalara uyğun operativ şəkildə icra olunması;
 Müştəri və müştəriyə aid olan bütün məlumatlar və onun maliyyə məsələləri məxfiliyinin qorunması məqsədilə, bütün lazımi prosedurların dəqiqliklə icrası;
 Müştəri tapşırıqlarının daxili prosedur və qaydalara uyğun icra olunması
 Müştəri xidmətlərinə aid olan bütün sənədləşmə və hesabatların gündəlik icra olunması
 Bankın daxili prosedurlarına əsasən, bütün aparılmış əməliyyatların nəzarət altında saxlanılması və həyata keçirilən əməliyyatlar üzrə sənədləşmələrin aparılmasına (müştərilər haqqında məlumatlar daxil olmaqla) və daxili prosedurlara əsasən bütün aparılmış əməliyyatlar üzrə sənədləşmələrin arxivləşdirilməsinin təmin edilməsi
 Ehtiyac olduğu hallarda, filialın əməliyyat işçilərini əvəz etmək qabiliyyətinə malik olması
 Funksional və administrativ olaraq tabe olduğu bölmə rəisləri tərəfindən təyin olunan tapşırıq və layihələrin planlaşdırılması və icra olunması

TƏCRÜBƏ

Bu sahədə 1-3 illik iş təcrübəsinin olması.

TƏLƏB OLUNAN XÜSUSİYYƏTLƏR

• Ali təhsil (İqtisadiyyat və maliyyə sahəsinə daha çox üstünlük veriləcəkdir);
• Azərbaycan, ingilis və rus dillərini mükəmməl səviyyədə bilməli;
• Ofis Proqramlarından əla istifadə etmək bacarığı;
• Hüquqi şəxslərlə iş təcrübəsi

Namizədlərin müraciətləri 17 avqust 2016-cı il tarixinə qədər [email protected]  ünvanına göndərilməlidir.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Əməliyyat Mütəxəssisi) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.