Əlaqə Mərkəzinin Mütəxəssisi (Call Center) | Banco.az
PAŞA Bank

Əlaqə Mərkəzinin Mütəxəssisi (Call Center)

Vakansiya haqqında məlumat: 

“PAŞA Bank” ASC Əməliyyat və Nəzarət Departamentinin, Əlaqə Mərkəzi şöbəsində, Əlaqə Mərkəzinin Mütəxəssisi (Call Center) vakansıyasına işəqəbul elan edir.

İŞİN TƏSVİRİ

 Satışa və inzibati işlərə dəstək, sifarişlərin emalı üçün gələn müştəri zənglərinin idarə edilməsi (şikayətlər, hesab-faktura sualları və s.) 
 Müştəri xidmətləri, tariflər, prosedurlar haqqında bütün lazımi məlumatların təmin edilməsi
 Telefon vasitəsiylə satışın təmin edilməsi
 Bankın yeni məhsulları haqqında məlumatın verilməsi (gedən zənglər)
 Müştərilərdən gələn sifarişlərin qeydiyyatının aparılması
 Müştərilərin şikayət və arzularıyla işin görülməsi
 Müxtəlif sahələr əsasında suallar bazasının formalaşdırılması
 Zənglər dinamikasının təhlil edilməsi
 Texnoloji imkanlar üçün meyarları inkişaf etdirərək, icra olunmuş əməliyyatların effektivliyinin təhlil edilməsi
 Məlumat bazasına girişin təmin olunması

TƏCRÜBƏ

Müştərilərlə iş təcrübəsi üstünlük hesab olunur.

TƏLƏB OLUNAN XÜSUSİYYƏTLƏR

• Ali təhsil;
• Azərbaycan və rus dillərini mükəmməl səviyyədə, ingilis dilini yaxşı səviyyədə bilməli;
• Ofis Proqramlarından yaxşı istifadə etmək bacarığı;
• Növbəli iş rejimində işləmək bacarığının olması; (Nəqliyyat Bank tərəfindən təmin olunur)

Namizədlərin müraciətləri 17 avqust 2016-cı il tarixinə [email protected] ünvanlarına göndərilməlidir. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Əlaqə Mərkəzinin mütəxəssisi - call center) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır..