​Azərbaycanda bağlanmış 4 bankın əmanətçilərinə 21 mln. manat kompensasiya ödənilib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

​Azərbaycanda bağlanmış 4 bankın əmanətçilərinə 21 mln. manat kompensasiya ödənilib

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyasını ləğv etdiyi 4 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Banco.az ADİF-ə istinadən xəbər verir ki, “Parabank”ın əmanətçilərinə 8,1 mln. manat, “Zaminbank”ın əmanətçilərinə 9,1 mln. manat, “Kredobank”ın əmanətçilərinə 2,2 mln. manat, “Dekabank”ın əmanətçilərinə isə 1,4 mln. manat kompensasiya ödənilib. Ümumilikdə, 4 bank üzrə 20,8 mln. manat ödəniş edilib. Bu, ödənilməli olan məbləğin təxminən 19%-ni təşkil edir.

Məlumata görə, kompensasiya almaq üçün “Dekabank”, “Kredobank” və “Zaminbank”ın əmanətçiləri bankların baş ofisinə, “Parabank”ın əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət etməlidirlər.