Təlim koordinatoru | Banco.az

Təlim koordinatoru

Vakansiya haqqında məlumat: 

Alpha Coaching & Consulting şirkəti Təlim koordinatoru vakansiyası üzrə işçi qəbulu elan edir.

Tələblər:

  • Ali təhsil;
  • Azərbaycan və rus dillərində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq. İngilis dilini yaxşı (upper-intermediate) səviyyədə bilmək;
  • Microsoft Office proqramlarında, xüsusən Power Pointdə sərbəst işləmək bacarığı.

Tələb olunan şəxsi keyfiyyətlər:

  • Proaktiv və pozitiv düşüncə tərzinə sahib olmaq;
  • Gülərüz olmaq və etik qaydalara qarşı həssas davranmaq;
  • Sərbəst ünsiyyət qurma və biznes danışıqlarını aparma bacarığına sahib olmaq;
  • Problemlərə deyil, həllərə fokuslanan olmaq;
  • Əzmkar və iddialı insan olmaq;
  • Şəxsi inkişafına əhəmiyyət verən insan olmaq.

İş haqqında məlumat:

  • Təlim proqramlarının hazırlanmasında, müvafiq materialların tərcümə olunub, təlimin aparılacağı dilə uyğunlaşdırılmasında iştirak etmək;
  • Təlim, seminar və bənzər proqramların təşkil olunmasında yaxından iştirak etmək;
  • Sifarişçi şirkətlər və şəxslərlə koordinasiyanın təmin olunmasında iştirak etmək;
  • Şirkətin təlim proqramlarına yeni müştərilərin cəlb olunmasını təmin etmək.

İş şərtləri:

  • Iş vaxtı: Həftənin 5 iş günü, saat 09.00-18.00 arası;
  • Maaş: 400 AZN + təlim satışlarından daxil olan bonuslar;
  • İşçi və işəgötürən münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinin əsasında tənzimlənir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CVlərini 31.08.2016 tarixinədək [email protected] elektron ünvanına (mövzu hissəsində “Təlim koordinatoru” qeyd olunmalıdır) göndərə bilərlər. Yalnız qısa siyahıya (short list) daxil edilən namizədlər iş görüşməsinə dəvət olunacaq.

Şirkət: 
Alpha Coaching & Consulting