Bəzən nağd pula ehtiyacımız yarandığı zaman banklara üz tuturuq və kredit əldə etməyə çalışırıq. Sonra isə götürdüyümüz borcla bərabər bankın qoyduğu faiz dərəcəsini də geri ödəməli oluruq.
Ona görə də kredit götürərkən hansı bankların aşağı faiz dərəcəsi ilə kredit təklif etdiyini yaxşıca araşdırmaq lazımdır.
Biz bu gün sizlər üçün ən aşağı faizlə kredit təklif edən bankları araşdırdıq.
Cədvəldəki 7 bankdan nisbətən aşağı faizlə kredit əldə edə bilərsiniz:
Bank |
Məbləğ(AZN) |
Faiz |
Unibank |
300-5.000 |
min. 23% |
Azər Türk Bank1 |
Ə/H-nın 3 misli |
26% |
Bank Avrasiya |
min. 500 |
min. 26% |
Bank of Baku2 |
300-5.000 |
min. 26% |
Beynəlxalq Bank3 |
300-15.000 |
min. 27% |
Dəmirbank |
500-10.000 |
min. 27% |
Rabitəbank |
300-1.000 |
27% |
- Kreditgötürən əmək haqqını Azər Türk Bank-dan almalıdır və bank tərəfindən kredit kartı təklif olunur.
- Bank of Baku-dan kredit almaq üçün iş yeriniz Bank of Baku-nun partnyorlarından biri olmalıdır. İş yerinizin Bank of Baku-nun partnyoru olub olmamasını öyrənmək üçün bankla əlaqə saxlamalısınız.
- Beynəlxalq Bank - dan əmək haqqı və ya pensiya kartı olmalıdır.
Ümumiyyətlə, hansı bankların kredit verdiyini bilmək istəyirsinizsə buraya daxil olaraq öyrənə bilərsiniz.