Təcrübə - Bu söz əslində hər birimizin həyatında xüsusi əhəmiyyət daşıyan bir sözüdür. Bir çoxumuz işə başlamamışdan əvvəl hər hansı bir şirkətdə təcrübəçi kimi fəaliyyət göstərmişik.
Banco.az sizlərə sözügedən bu təcrübə müddətində etməməli olduğunuz şeylərin siyahısını təqdim edir.
1. Şikayət etməyin
Əgər iş yerinizdə təcrübəçisinizsə etməli olduğunuz son şey, nədənsə şikayət etməyinizdir.
2. Sual verməkdən qorxmayın
Təcrübəçilərin tez-tez elədikləri səhvlərdən biri də, işləri ilə əlaqədar suallar verməmələridir. Bu kimi hallarda, yəni səhv başa düşdüyünüz şeyləri soruşmamağınız icra edəcəyiniz işə mənfi təsir göstərəcəkdir.
3. Təşəbbüskar olun
Özünüzü isbat etmə fürsəti ayağınıza gəldiyində bu fürsəti əldən buraxmayın. Təşəbbüskar olmağa və işinizi yaxşı gördüyünüzü sübut etməyə çalışın.
4. Sərhədlərinizi bilin
Əlbəttə özünüzü isbat etmək istəyərkən sərhədləri aşmamağa çalışın. Unutmayın siz hələ bir şagirdsiniz və öyrənmək, təcrübə qazanmaq üçün ordasınız.
5. Geyiminizə fikir verin
Universitetdə geyindiyiniz kimi rahat geyim tərzinizi ofis həyatına gətirməməlisiniz. Unutmayın iş dünyasının öz qaydaları var.
6. Detallara fikir verin
Belə bir söz var - Şeytan detallarda gizlidir. Bu söz iş dünyasını izah edən ən yaxşı sözlərdən biridir. Unutmayın ki, çox vaxt sadə kimi görünən bir iş gözdən qaçırdığınız bir detal ucbatından sizə mənfi qazandıra bilər.
7. İcazə almayın
Qısa müddətlik orda olduğunuzu unutmayın və bu müddət ərzində yersiz icazə almayın.
8. Tənbəl olmayın
Şirkətin CEO-su olmaya bilərsiniz, lakin təcrübəçi olmağınız da sizi tənbəl olmağınıza səbəb olmamalıdır. Sizə iş verilməsə belə siz könüllü olun və məhdud zaman dilimində çalışqanlığınızı isbat edin.
9. Peşəkar olun
Staj etdiyiniz təşkilatda ən çox fikir verməli olduğunuz xüsusiyyətlərdən biri də professional olmaqdır.
10. Pulsuz Təcrübə keçməyin
Təcrübəçi elanlarına fikir versəniz bir çox şirkət təcrübə müddətində ödəniş vermir. Unutmayın gördüyünüz işin bir qarşılığı var. Haqqınızı hər zaman arayın.