"ASB Bank" ikinci rübün maliyyə göstəricilərini açıqladı | Banco.az

"ASB Bank" ikinci rübün maliyyə göstəricilərini açıqladı

"ASB Bank" 2016-cı ilin ikinci rübünə balans hesabatını dərc etmişdir.

Banco.az-ın araşdırmalarına əsasən bu rübdə bankın aktivlərinin həcmi 632 158,27 min man. olmuşdur ki, bu da keçən ilin ikinci rübü ilə müqayisədə 30,15% artım deməkdir. Lakin, 2016-cı ilin  birinci rübü ilə müqayisədə aktivlərin həcmində 36 242,87 min man. yəni 5,4% azalma müşahidə olunmuşdur.

Bankın məcmu kapitalının həcmi isə birinci rüblə müqayisədə 1 738, 49 min man. artaraq 82 034,43 min man. təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Kredit portfeli 2015-ci ilin yekun göstəriciləri ilə müqayisədə 32,18%, 2016-cı ilin birinci rübü ilə müqayisədə 0,5% artaraq 223 103,66 min man. olub.

Depozit portfeli isə 366 743,84 min man. həcmində olmuşdur. Bu isə birinci rüb ilə müqayisədə 9,8%, keçən ilin yekunu ilə müqayisədə 13,8% azalma deməkdir.