Mərkəzi Bankdan alınan məlumata əsasən, ölkəmizdə 2016-cı ilin may ayı ərzində POS-terminalların ümumi sayı 0,02% və ya 15 ədəd azalaraq, 73 945 ədəd təşkil edib.
"Banco.az"ın verdiyi xəbərə görə, ilin əvvəli ilə müqayisədə POS-terminalların sayı 6 356 ədəd və ya 7,92% azalıb.
Ölkə üzrə mövcud POS-terminalların 42 708 ədədi və ya 57,8%-i Bakıda, 42,2%-i və ya 31 237 ədədi regionlarda yerləşir.
Qeyd edək ki, 2016-cı il iyunun 1-nə Azərbaycan əhalisinin hər 130 nəfərinə 1 POS-terminal düşüb.