Sığorta şirkəti zərəri necə ödəyir? | Banco.az

Sığorta şirkəti zərəri necə ödəyir?

Sığorta ödəməsi sığorta hadisəsi baş verən zaman sığorta şirkətinin sığortaçıya ödədiyi məbləğdir.

Zərərin ödənməsi və kompensasiya edilməsi müxtəlif formalarda həyata keçirilə bilər.

Sığorta şirkəti tərəfindən həyata keçirilən kompensasiyaların aşağıdakı formaları var:

Nağd şəkildə ödəmə.

Çox hallarda sığorta hadisəsi baş verən zaman zərərin qarşılanması sığortaçı tərəfindən nağd vəsaitin ödənilməsi ilə yerinə yetirilir. Bu məbləğ sığorta polisinə əsasən müəyyən olunur. Birbaşa ödəmələr, əsasən, öhdəliklərin sığortalanması zamanı üçüncü şəxsə ödənilir.

Təmir xidməti.

Sığorta hadisəsi baş verən zaman zərər görmüş sığorta obyekti sığortaçı hesabına təmir olunur. Ən geniş yayılmış nümunə olaraq avtomobillərin sığortasını göstərə bilərik.

Ən sərfəli kredit üçün müraciət et

Dəyişmə.

Bu zaman zərər görmüş sığorta obyekti yenisi ilə əvəz olunur. Zərərin ödənməsinin bu forması xüsusi hallarda həyata keçirilir, o zaman ki, bu forma hər iki tərəf üçün də qəbulolunan və ən ideal ödəmə formasıdır.

Bərpa.

Bu təzminat forması əsasən əmlak sığortasında-sığorta hadisəsindən sonra bina və ya evin zərər görmüş hissəsinin bərpası və həmçinin, mexanixi avadanlıqların bərpasında istifadə olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et