Banklar və maliyyə haqqında ilk onlayn kanal olan BancoTV, ikinci yayıma başlayır.
Bu dəfə ki, videomüsahibənin qonağı "Bank of Baku"nun Reklam və İctimaiyyətlə əlaqələr departamentinin direktoru Nigar Tahirova olacaq. Bu sahə üzrə sizi maraqlandıran sualları rəy bölməsində yaza bilərsiniz. Nigar xanım seçilmiş sualları cavablandıracaq.
Xahiş edirik ki, verəcəyiniz suallar reklam və ictimaiyyətlə əlaqələr sahəsinə aid olsun.
Ən maraqlı sualın müəllifinə isə Banco.az tərəfindən hədiyyə təqdim olunacaq. Sualların qəbulu 5 iyul 2016, saat 18:00-a kimi davam edəcək.