Problemli kreditlər artıb | Banco.az

Problemli kreditlər artıb

Ölkəmizdə kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi may ayının 1-ə 1 381,3 mln. manat təşkil edib.

"Banco.az" Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, aprelin 1-nə olan göstəricilər ilə müqayisədə 4,13% çoxdur. Yəni, aprel ayında problemli kreditlərin həcmi 54,8 mln. manat artıb.

Ən sərfəli kredit üçün müraciət et

Son bir ildə problemli kreditlər 124,7 mln. manat və yaxud 9,92% artıb.

Qeyd edək ki, vaxtı keçmiş kreditlərin həcmi ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 7,4% təşkil edir. .

Ən sərfəli krediti almaq üçün müraciət et