"Azərbaycan aşağı borclanma əmsalına malikdir" | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

"Azərbaycan aşağı borclanma əmsalına malikdir"

Bir qədər əvvəl reytinqlərinin azaldılmasına baxmayaraq, Fars körfəzi ölkələrinin böyük əksəriyyəti iqtisadiyyatın inkişaf və borclanma əmsalına görə, inkişaf etməkdə olan ölkələrlə eyni reytinqə malikdir.

"APA-Economics" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatında qeyd olunub.

Hesabatda bildirilir ki, Azərbaycan və Qazaxıstan da aşağı borclanma əmsalına malikdir.

"Neft ixracatçıları ölkələrinin maliyyə vəziyyəti, həmçinin korporativ aktivlərə malik iri dövlət holdinqləri tərəfindən də dəstəklənir. Belə ki, bu holdiqlərin özəlləşdirilməsi özəl sektorun inkişafını gücləndirməklə yanaşı, keçid dövründə müvəqqəti maliyyə mənbəyi kimi istifadə oluna bilər”, - deyə hesabatda vurğulanıb.