Bir şirkətin müştərisinə göstərdiyi xidmət nə devalvasiyadan, nə böhrandan, nə də ki, hər hansı bir problemdən asılı olmamalıdır. Hər nə olursa olsun, müştərisinə hörmət və sevgi ilə yanaşmaq istər xırda, istərsə də böyük şirkətlərin əsas borcudur.
Elə bu fikirləri əsas götürərək, Bankların Məlumat mərkəzlərinin müştərilərlə olan münasibətini araşdırdıq.
Məlumat Mərkəzi çalışanları bankın məhsul və ya xidmətləri barədə müştərilərə ətraflı məlumat vermək, ünvanlanmış sualları qısa zaman kəsiyində cavablandırmaqla məşğuldurlar. Bankın səsi sayılan bu insanlar gün ərzində yüzlərlə telefon zənginə cavab verirlər. Bu heç də asan iş deyil. Lakin, əvvəldə də qeyd etdiyimiz ki, müştəriyə xidmət daima yüksək səviyyədə olmalıdır.
Məlumat mərkəzinin operativ işləməsi, məlumatın dolğun verilməsi və xoş rəftar bankın imicinin və ona olan bağlılığın yüksəlməsinə səbəb olur.
Banklarımızın məlumat mərkəzləri öz müştərilərinə necə xidmət göstərir?
Banco.az olaraq, bu barədə gizli araşdırma apardıq. Banklara müştəri qismində zəng edərək Məlumat mərkəzi işçilərinə suallar ünvanladıq. Kimiləri operativ və dolğun məlumat verərkən, kimiləri isə əksini nümayiş etdirdi.
Tamamilə obyektiv yanaşaraq əldə etdiyimiz nəticələri sizlərlə bölüşmək istərdik.
Belə ki, bankların məlumat mərkəzlərinin zəngə cavab vermə müddətini, operativliyini, məlumatın dolğunluğu və müştəri məmnuniyyətini 5 ballıq sistemlə qiymətləndirdik:
5 - Əla
4 - Yaxşı
3 - Kafi
2 - Qeyri-kafi
Cavab müddəti - Sual verildikdən cavab verilənədək olan müddət
Məlumatın dolğunluğu - Verilən məlumatın hər tərəfli və izahlı olması
Operativlik - Verilən suala tez və yerindəcə cavab vermək
Müştəri Məmnuniyyəti - Qarşı tərəfin xoş rəftarı və ehtiyacın tam qarşılanması.
Bank |
Cavab |
Məlumatın |
Operativlik |
Müştəri |
Nəticə |
AccessBank |
1 dəq. |
5 |
5 |
5 |
15 |
AFB Bank |
1 dəq. |
5 |
5 |
5 |
15 |
AGBank |
1 dəq. |
5 |
5 |
5 |
15 |
Amrahbank |
1 dəq. |
5 |
5 |
5 |
15 |
ASB Bank |
1 dəq. |
5 |
5 |
5 |
15 |
Atabank |
1 dəq. |
5 |
5 |
5 |
15 |
Azər Türk Bank |
1 dəq. |
5 |
5 |
5 |
15 |
Bank Avrasiya |
3 dəq. |
4 |
3 |
3 |
10 |
Bank BTB |
1 dəq. |
5 |
5 |
5 |
15 |
Bank of Baku |
1 dəq. |
5 |
5 |
5 |
15 |
Bank Respublika |
1 dəq. |
5 |
5 |
5 |
15 |
Bank Silk Way |
2 dəq. |
5 |
4 |
4 |
13 |
Bank Standard |
1 dəq. |
5 |
5 |
5 |
15 |
Beynəlxalq Bank |
1 dəq. |
5 |
5 |
5 |
15 |
Caspian Development |
1 dəq. |
5 |
5 |
5 |
15 |
Deka Bank |
1 dəq. |
3 |
4 |
3 |
10 |
Dəmirbank |
1 dəq. |
5 |
5 |
5 |
15 |
Expressbank |
1 dəq. |
5 |
5 |
5 |
15 |
Gunay Bank |
2 dəq. |
3 |
2 |
2 |
7 |
Kapital Bank |
1 dəq. |
5 |
5 |
5 |
15 |
Kredo Bank |
2 dəq. |
4 |
3 |
2 |
9 |
Muğanbank |
1 dəq. |
5 |
4 |
4 |
13 |
NBC Bank |
2 dəq. |
5 |
4 |
4 |
13 |
Nikoil Bank |
1 dəq. |
5 |
5 |
5 |
15 |
Parabank |
1 dəq. |
5 |
5 |
5 |
15 |
Paşa Bank |
1 dəq. |
5 |
5 |
5 |
15 |
Rabitəbank |
1 dəq. |
5 |
5 |
5 |
15 |
Turanbank |
1 dəq. |
5 |
4 |
4 |
13 |
Unibank |
1 dəq. |
5 |
5 |
5 |
15 |
VTB Bank |
1 dəq. |
5 |
5 |
5 |
15 |
Xalq Bank |
1 dəq. |
5 |
5 |
5 |
15 |
Yapı Kredi Bank |
1 dəq. |
5 |
5 |
5 |
15 |
Zaminbank |
1 dəq. |
4 |
4 |
4 |
12 |
Ziraat Bankı |
1 dəq. |
5 |
5 |
5 |
15 |
Bildirmək istərdik ki, bütün banklara eyni sualı ünvanladıq və əksər banklarda suala cavab müddəti bir dəqiqəyə qədər oldu. Bəzi banklarda isə yönləndirmə və ya suala cavabı dəqiqləşdirmə halı yaşandığı üçün müddət 1 dəqiqədən artıq vaxt aparıb.
Ümumi mənzərəyə nəzər saldıqda görürük ki, vəziyyət heç də acınacaqlı deyil. Hətta deyə bilərik ki, Banklarımızın Məlumat Mərkəzi işçiləri olduqca nəzakətlidirlər.
Tam göstərici ilə cədvəldə yerləşən banklarımızı təbrik edirik.
Sükanı belə saxlayın :)