Maliyyə Nazirliyində yeni təyinat olub | Banco.az

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyinin vergi siyasəti və gəlirlər şöbəsinə yeni müdir təyin edilib. "Report"un məlumatına görə, bu vəzifə Fikrət Şirinova həvalə edilib. O, bundan əvvəl həmin şöbənin müdir müavini olub.

Ən sərfəli kredit üçün müraciət et

F.Şirinov həm də Maliyyə Nazirliyi Apellyasiya Şurasının üzvüdür.

Xatırladaq ki, vergi siyasəti və gəlirlər şöbəsinin sabiq müdiri Cəmil Əlizadə bu il aprelin 6-da vəfat edib.