Vakansiya haqqında məlumat: 
Vəzifəyə olan tələblər
- Ali təhsil;
 - Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı;
 - Hesabatın hazırlanması və yazışma bacarığı;
 - Yüksək darəcədə analitik, yaradıcılıq, təşəbbüskarlıq və tədqiqat apara bilmə qabiliyyəti;
 - Menecerlik və komanda ilə işləmə və o cümlədən departament daxilində qərar qəbul etmə qabiliyyəti;
 - Azərbaycan, Rus dilində sərbəst danışıq və yazışma bacarığı, rus dilini orta səviyyədən yüksən bilmək;
 - Bu sahədə dörd illik təcrübəyə malik olması;
 
Əsas vəzifələr
- Marketinq strategiyasını işləyib hazırlanmasında yaxından iştirak edir və müvafiq təsdiqdən sonra onun yerinə yetirilməsinə nəzarət edir;
 - Qəbul olunmuş marketinq siyasətinə uyğun olaraq daimi bazar araşdırmaları aparır, mövcud məhsul və xidmətlərin yeni bazarlarını, onların bazar qiymətlərini və müştəri qruplarını müəyyənləşdirir;
 - Məhsulu və xidmət yaradır və onun satış kanallarının müəyyən edir;
 - Rəqiblərin araşdırılması və onlar üzrə məlumat bazası yaradılmasını təşkil edir və onu daima təkmilləşdirir;
 - Satışın təşkili ilə bağlı öz təkliflərini verir;
 - Satışla bağlı ortaya çıxan məsələlər köməklik göstərir;
 - Bankın imicinin formalaşmasını təmin edən tədbirlər görür;
 - Bankın broşuralarının və illik hesabatının hazırlanması;
 - Bankın internet səhifəsində məlumatların yeniləşməsi qayğısına qalır;
 - Bankda keyfiyyətə nəzarət işini təşkil edir;
 - Azərbaycandan kənar yeni tərəf-müqabil bankların və maliyyə institutlarının müəyyən olunması üzrə işləri görür;
 - Yeni satış texnologiyalarının tətbiqi, bu sahədə saıtş işçilərinin hazırlanması qayğısına qalır.
 
CV-ləri Marketinq şöbəsi - müdir mövzusu ilə vakansiya@parabank.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
