Risklərdən qorunmağın yolu - Swap | Banco.az

Risklərdən qorunmağın yolu - Swap

Swap müqaviləsinin əsas məqsədi risklərdən sığortalanmaqdır. Bu müqavilə birjada öhdəliklərini dəyişmək istəyən tərəflər arasında bağlanır. Bu öhdəliklərə

  1. faiz dərəcəsi
  2. valyuta riski
  3. törəmə maliyyə alətləri və s. daxildir.

Ən geniş yayılmış forması faiz dərəcəsi üzrə swap müqaviləsidir. Kreditlərin alınması zamanı borca görə xərclərin azaldılması üçün istifadə olunur. Məsələn, A şirkəti yeni yaranmış bir şirkətdir və bankdan 30 000manat kredit götürmək niyətindədir. Ancaq bank A şirkətinə bu krediti dəyişən faiz dərəcəsi ilə təklif edir və hal-hazırda faiz dərəcəsi 7% dir. B şirkəti isə maliyyə dayanıqlığı yüksək olan şirkətdir, bank bu şirkətə eyni məbləğdə və eyni müddətdə krediti sabit faizlə təklif edir ki, faiz dərəcəsi də 6% müəyyən olunur. A şirkəti faizlərin qalxmasından ehtiyat edir, B şirkəti isə maliyyə bazarında faiz dərəcəsinin düşməsindən qorxur. Əgər faiz dərəcəsi qalxarsa A şirkəti daha çox məbləğ ödəməli olacaq, əgər faiz dərəcəsi düşərsə B şirkəti maliyyə bazarında yeni yaranmış faiz dərəcəsindən daha yüksək faiz dərəcəsi ödəyəcək. Hər iki müəssisə faiz riskindən özünü qorumaq üçün öhdəliklərini dəyişmək, yəni swap müqaviləsi bağlamaq qərarına gəlir.  A şirkəti kreditə görə 6% sabit faizlə, B isə 7% dəyişən faizlə ödəməni həyata keçirir. Əgər faiz dərəcəsi maliyyə bazarında 6%-ə enərsə B şirkəti daha az kredit ödəyəcək. Əgər faizlər 8% olarsa A şirkəti 2% az ödəməklə özünü sığortalamış olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Valyuta riski üzrə bağlanan swap müqaviləsi. Məsələn, ABŞ-da yerləşən X şirkətinin Avropada yerləşən bir şirkətə 500 000 avro borcu var. X şirkətinin Avropada yerləşən partnyoru Y şirkətinin isə ABŞ-da yerləşən bir şirkətə 600 000 dollar borcu var. Swap törəmə qiymətli kağızın köməyi ilə X şirkəti Y şirkətinin, Y şirkəti isə X şirkətinin borcunu ödəməyi öz öhdəsinə götürmüş olur. Burada əsas məqsəd xarici valyuta riskindən qorunmaqdır. Yəni əgər avro qalxsa yaxud dollar düşsə X şirkəti, dollar qalxsa yaxud avro düşsə Y şirkəti daha çox öz valyutasından itifadə edərək ödəməni həyata keçimeli olacaq.

Bu müqavilə maliyyə bazarında risklərdən yayınmaq üçün istifadə olunur.