Banklar arasında depozit portfeli üzrə rəqabət artır | Banco.az

Banklar arasında depozit portfeli üzrə rəqabət artır

2016-cı ilin 1-ci rübü üzrə balans hesabatını dərc edən banklar depozit portfelində də yarışa girdilər. Devalvasiya sonrası maliyyə göstəricilərində geriləmə ilə üzləşən bir sıra banklar, bu rübdə depozit portfellerini artırmağa nail oldular. İlk üçlüyə daxil olan bankların depozit portfelində nəzərə çarpacaq dərəcədə artım müşahidə olunur.

Belə ki, Banco.az-ın araşdırmalarına əsasən, 2015-ci ilin müvafiq rübü ilə müqayisədə "Paşa Bank"ın depozit portfelində 67.36%,  "ASB Bank"ın  depozit portfelində isə 23.64% artım olmuşdur. "Kapital Bank"ın depozit portfeli isə təxminən 40 dəfə artmışdır.

Həmçinin digər bankların depozit göstəriciləri haqqında  məlumatla aşağdakı cədvəldən  tanış ola bilərsiniz.

Qeyd edək ki, cədvəl 2016-cı ilin 1-ci rübü üzrə balans hesabatını dərc edən bankların depozit portfelini əks etdirir.

BANK

DEPOZIT

TARIX

“PaŞa Bank”

1 162 178 700

31.03.2016

“Kapital Bank”

1 108 262 400

31.03.2016

"ASB Bank"

407 008 800

31.03.2016

“Bank of Baku”

328 759 900

31.03.2016

“AGBank”

220 260 000

31.03.2016

“Rabitəbank”

209 685 000

31.03.2016

“AFB Bank”

175 444 200

31.03.2016

 “Bank Silk Vey”

145 554 400

31.03.2016

“Caspian Development Bank”

32 058 100

31.03.2016

“Bank Avrasiya”      

27 533 200

31.03.2016

“Ziraat Bank (Azərbaycan)”

18 847 300

31.03.2016

Ən sərfəli kredit üçün müraciət et