Ölkəmizdə geniş mənada pul kütləsinin həcmi 2016-cı il aprel ayının 1-nə 20 635,1 mln. manat təşkil edib.
Banco.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, geniş mənada pul kütləsinin həcmi martın 1-nə nisbətən 1 036,3 mln. manat və ya 5%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 1 127,7 mln. manat və ya 6% artıb.
Manatla geniş mənada pul kütləsinin həcmi aprelin 1-nə 8 943,0 mln. manat təşkil edib. Bu göstərici martın 1-nə olan göstəricidən 3% çoxdur, keçən ilin analoji dövrü ilə müqayisədə isə 28% azdır. Qeyd edək ki, manatla pul kütləsində azalma 2015-ci il may ayı istisna olmaqla 14 ay davam edirdi. Hal-hazırda isə göstəricilərdə artım müşahidə olunur.