AMB sədri Elman Rüstəmov artıq bununla bağlı ilkin qərarın qəbul olunduğunu bildirib
Bakı. 10 may. REPORT.AZ/ Azərbaycanda ipoteka kreditləşməsi sisteminin normativ-hüquqi bazasının dəyişdirilməsi ilə bağlı müvafiq qərar qəbul olunub.
"Report" xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov jurnalistlərə bildirib: "Makroiqtisadi qrupda bu məsələ müzakirə olunmaqdadır".
E.Rüstəmov yaxın vaxtlarda məsələ ilə bağlı aparılan müzakirələrin bitəcəyinə və son qərarın qəbul olunacağına inandığını qeyd edib.