NIKOIL | Bank Böyük Vətən Müharibəsi veteranlarını təbrik etdi | Banco.az

NIKOIL | Bank Böyük Vətən Müharibəsi veteranlarını təbrik etdi

Faşizm üzərində Qələbə günü şərəfinə NIKOIL | Bank -nkollektivi bir sıra xeyriyyə və sosial tədbirləri həyata keçirmişdir. Bankın maliyyə dəstəyi ilə Bakı şəhərində yerləşən Rus Mədəniyyət Mərkəzində  "Dinamiks" vokal ansamblının  "Oxu əsgər, öz əsgər yolun haqqında" adlıqastrol konsertinə start  verildi. Konsert aprelin 27-dən mayın 15-dək davam edəcək və Bakı şəhəridaxil olmaqla Azərbaycanın bir sıra şəhər və regionlarında keçiriləcəkdir.

NIKOIL | Bank faşist işğalçıları üzərində qələbənin əldə edilməsində əvəzsiz tövhəsiniverənveteran müştərilərini vəBankın əməkdaşlarının birbaşa qohumlarınada unutmayıb. Bank tərəfindən qiymətli hədiyyə ilə yanaşı, hər bir veterana maddi yardım göstərilmişdir.

Növbəti tədbir isə artıq ənənəvi xarakter daşıyanLeninqrad Mühasirəsi İştirakçıları (hazırda Sankt-Peterburq) İctimai Birliyinin üzvləri ilə görüş oldu. Bayram ziyafəti zamanı hər bir mühasirə iştirakçısına Bank tərəfindən maddi yardım təqdim edilmişdir.

 Xatırladaq ki, 1941-1945-ci illər ərzində 600 000-ə yaxın azərbaycanlısovet ordusu sıralarına çağırılmışdır və təxminən yarısı cəbhədə gedən döyüşlərdə həlak olmuşdur.

NIKOIL | Bank  əhaliyə milli və xarici valyutada  həyata keçirilən  hesablaşma,  kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. NIKOIL | Bank - ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı www.nikoil.az rəsmi internet səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil  

Ən sərfəli krediti almaq üçün müraciət et