Palata: "Bank Standard" yetərli resurlara malik deyil | Banco.az

Palata: "Bank Standard" yetərli resurlara malik deyil

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurası "Bank Standard" QSC-yə müvəqqəti inzibatçılıq təyin edib. "Report"un verdiyi xəbərə görə, bu barədə Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.

R.Aslanlı qeyd edib ki, aktivlərin keyfiyyətinin pisləşməsi ilə bağlı Bankda likvidlik zəifləyib.

Ən sərfəli kredit üçün müraciət et

"Palata həmin banka yoxlama təyin edib. İlkin qənaətə görə, səhmdarların üzləşdiyi çətinliyi həll etmək üçün Bank yetərli resurlara malik deyil. Palata bu qərarı verib. Kritik likvidlik probleminin həlli üçün dövlət maliyyə vəsaiti ayırıb. Maliyyə vəsaitləri Bankın hesablarına köçürülüb".

Ən sərfəli krediti almaq üçün müraciət et