“Azər-Türk Bank” birinci rübü mənfəətlə başa vurub | Banco.az

“Azər-Türk Bank” birinci rübü mənfəətlə başa vurub

“Azər-Türk Bank” ASC 31.03.2016 tarixinə olan hesabatlarını açıqlamışdır.

Hesabatlara əsasən bankın aktivləri 2016-cı ilin birinci rübübə əsasən 1 milyard 234 mln manat olmuşdur. Bankın kredit portfeli də artaraq 417 milyon manat olmuş, 2015-ci ilin cari dövrü ilə müqayisədə 55% artım göstərmişdir. Müştərilər tərəfindən cəlb edilmiş depozitlərin həcmi ötən illə müqayisədə 34% artaraq 359 milyon 852 min manat olmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

“Azər-Türk Bank”ın məcmu kapitalı üzrə göstəricilər birinci rüb üçün 60 milyon 717 min manat olmuşdur. Bank yanvar-mart ayları üzrə 7 milyon 889 min manat xalis mənfəət qazanmışdır. 2015-ci ilin birinci rübündə bu rəqəm 1 milyon 214 min manat idi.

25 may 1995-ci ildə təsis edilmiş “Azər-Türk Bank” hal-hazırda 7 filial şəbəkəsi ilə fəaliyyət göstərir.