Bu gün uzun aradan sonra banklarımızın Twitter fəaliyyətindən söhbət açacağıq.
Twitter Digər sosial şəbəkələrdən bir az fərqlənir. Facebook-la müqayisədə daha ciddi platforma olduğu söylənilən Twitter-də izləyici sayı toplamaq heç də asan olan iş deyil. Siz bunu ya proqramla etməlisiniz (bu halda qeyri real izləyiciləriniz olacaq), ya da həqiqətən sevilməli və keyfiyyətli paylaşımlar etməlisiniz.
Twitter- ani düşüncələrinizi bildirməyə yarıyan, 140 hərf limiti olan bir sosial şəbəkədir.
Ölkəmizdə digər ölkələrlə müqayisədə çox da akiv istifadə olunmasa da, istifadə edənlər də az sayılmaz.
Şirkətlərimiz də Twitter-dən heç də aktiv istifadə etmir, səbəb təbii ki, cəmiyyətin Twitter-ə olan marağının azlığıdır. Amma unutmaq olmaz ki, Twitter izləyiciləri də az deyil və onlar da real müştəri hesab olunur.
Bəs banklarımız Twitter-də özlərini necə təqdim edirlər?
Bank |
Followers |
Following |
Tweets |
Son Paylaşım |
911 |
1784 |
9 |
31.01.2016 |
|
897 |
1 |
1917 |
13.04.2016 |
|
684 |
123 |
1032 |
12.04.2016 |
|
308 |
6 |
258 |
04.04.2016 |
|
200 |
40 |
601 |
13.04.2016 |
|
195 |
52 |
560 |
12.04.2016 |
|
195 |
1 |
110 |
12.04.2016 |
|
179 |
15 |
13 |
28.05.2012 |
|
171 |
6 |
165 |
09.04.2016 |
|
114 |
7 |
1203 |
12.04.2016 |
|
109 |
0 |
106 |
12.04.2016 |
|
94 |
7 |
244 |
31.03.2016 |
|
69 |
312 |
272 |
13.04.2016 |
|
25 |
1 |
14 |
02.03.2016 |
|
19 |
0 |
11 |
29.03.2013 |
|
18 |
15 |
34 |
11.12.2013 |
|
15 |
7 |
1068 |
13.04.2016 |
|
14 |
21 |
14 |
11.04.2016 |
|
12 |
1 |
0 |
0 |
|
9 |
0 |
7 |
28.12.2015 |
|
5 |
3 |
24 |
09.03.2016 |
Təqdim etdiyimiz cədvəldə yer alan banklar Twitter-də səhifələri olan banklardır. Ən çox izləyici sayına sahib olan ilk üç bank - "VTB Bank", "Unibank" və "Bank of Baku"dur.
Ən çox paylaşım edən banklar isə, "Unibank", "Parabank" və "Nikoil Bank"dır.
Bankların əksəriyyəti paylaşımlarını fərdi formada etsə də bir neçə bank Twitter səhifələrini Facebook səhifələri ilə əlaqələndirərək idarə edirlər. Bu isə izləyicilər üçün narahatlıq doğura bildiyi üçün, təklif edərdik ki, banklarımız Twitter səhifələrini fərdi formada idarə etsinlər.
Təəssüflə qeyd edirik ki, bir çox bankların Twitter səhifələri uzun müddətdir ki, fəaliyyət göstərmir. Siz bunu ən son paylaşım tarixlərinə baxaraq anlaya bilərsiniz. Cədvəldə də qeyd olunduğu kimi, ən son paylaşım edən banklarımız "Unibank", "Nikoil Bank", "Kapital Bank" və "Caspian Development Bank"dır.
Adlarını qeyd etdiyimiz bankları aktivliklərinə görə təbrik edirik, digər banklarımızdan da daha yaxşı nəticələr gözləyirik.