Elnur Məmmədov "MilliKart" prosessinq mərkəzinin icraçı direktoru təyin edilib.
Prosessinq mərkəzindən Trend-ə bildiriblər ki, E.Məmmədov bundan əvvəl Strateji inkişaf və marketinq departamentinin rəhbəri vəzifəsini tutub.
Mərkəzdən deyiblər ki, ötən ayın sonunda Cəlal Orucov "MilliKart"ın icraçı direktoru vəzifəsini tərk etmişdi, E.Məmmədov isə onun səlahiyyətlərinin icraçısı təyin edilmişdi. Elnur Məmmədov sonradan Direktorlar Şurasının qərarı ilə bu vəzifəyə təsdiq edilib.
"MilliKart" prosessinq mərkəzinin keçmiş rəhbəri Cəlal Orucov isə "Unibank"ın İcraiyyə komitəsinə daxil olub.
C.Orucov Trend-ə bildirib ki, bankda texnologiyalar üzrə direktor vəzifəsində çalışır: "Bankda xeyli işim olacaq. Bura İT, kart prosessinq mərkəzi, proqramlaşdırma, biznes-təhlil daxildir".