Hansı banklarımız xalqımıza dəstək oldu? | Banco.az

Hansı banklarımız xalqımıza dəstək oldu?

Hal-hazırda yaşadığımız bu günlər Azərbaycan tarixinin əslində şanlı və şərəfli günləridir. Xalqımızın qəhrəman oğulları Vətənimizin keşiyindədirlər və bizlər də öz dualarımızla onların daima yanlarındayıq.

Bu günlərdə insanlar sosial şəbəkələrdə etdikləri paylaşımlar ilə bir növ kampaniya başlatdılar. Hər kəs Azərbaycan bayrağını paylaşaraq ölkəmizə, əsgərimizə, şəhidimizə dəstək olduğunu göstərməyə çalışdı. Bun axına şirkətlər də qoşuldu və bununla da əslində vahid bir birliyin olduğunu gözlər önünə sərdilər.

Sosial medianın gücünü danmaq mümkün deyil. Bu səbəbdən bu tip düşünülmüş addımların atılması bizim millət olaraq birliyimizin göstəricisidir və bununla bir növ baş verənlər biganə qalmadığımızı göstərmiş oluruq.

Banklar da sosial şəbəkələrdə etdikləri paylaşımlarla xalqın yanında olduğunu və biganə qalmadığını göstərdilər.

Kapital Bank

Unibank

Bank of Baku

AccessBank

Dəmirbank

Ən sərfəli kredit üçün müraciət et

NBC Bank

Nikoil Bank

Rabitəbank

Azərbaycan Beynəlxalq Bankı

Atabank

Amrahbank

Kapital Bank, Unibank, Bank of Baku, AccessBank, Dəmirbank, NBC Bank, Rabitəbank, Nikoil Bank, Azərbaycan Beynəlxalq Bankı, Atabank, Amrahbank-a xalqımızın adından təşəkkür edirik. 

Qeyd edək ki, aprelin 2-nə keçən gecə Ermənistan ağır silahlardan istifadə etməklə qoşunların təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini intensiv atəşə tutmuş, təxribat və həmlələr həyata keçirmişdi. Vəziyyət hələ də davam edir və Azərbaycanın şanlı ordusu qəhrəmancasına vuruşur.

Allahdan bütün şəhidlərimizə rəhmət, əsgərlərimizə isə güc-qüvvət diləyirik.

Ən sərfəli krediti almaq üçün müraciət et