Azərbaycanda bəzi banklar ipoteka krediti almaq üçün ailənin hər bir üzvünə düşən yaşayış minimumunun məbləğini artırıb. Bu barədə Trend Azərbaycan İpoteka Fonduna (AİF) istinadən məlumat verir.
Bu addım "2016-cı il üçün yaşayış minimumu haqqında" qanunun təsdiq edilməsi ilə bağlıdır. Qanuna əsasən, bu il üçün Azərbaycanda yaşayış minimumu 136 manat səviyyəsində müəyyən edilir.
AİF-in məlumatına əsasən, Fondun xətti ilə ipoteka kreditləri verən 27 bankdan 14-ü yaşayış minimumunu 131-dən 136-dək, "Unibank" isə 200 manatadək artırıb.
Bundan başqa, bəzi banklar güzəştli ipoteka üzrə ilkin ödənişi artırıb. Belə ki, "Muğanbank" ilkin ödənişin həcmini 15-dən 40 faizədək, Azərbaycan Beynəlxalq Bankı isə 15 faizdən 30 faizədək artırıb.
| Bankın adı |
Yaşayış minimumu (ailənin hər bir üzvünə düşən məbləğ 136 manatdan az olmamalıdır) |
Adi ipoteka üzrə ilkin ödəniş (%) |
Güzəştli ipoteka üzrə ilkin ödəniş (%) |
|
Bank Respublika |
180 |
50 |
50 |
|
PAŞA Bank |
180 |
40 |
20 |
|
Muğanbank |
140 |
40 |
40 |
|
Expressbank |
150 |
40 |
40 |
|
Bank Standard |
175 |
40 |
30 |
|
Azərbaycan Beynəlxalq Bankı |
175 |
40 |
30 |
|
AtaBank |
140 |
40 |
40 |
|
Bank of Baku |
180 |
30 |
15 |
|
Azər Türk Bank |
150 |
30 |
25 |
|
Yapı Kredi Bank |
136 |
30 |
30 |
|
XalqBank |
136 |
30 |
30 |
|
Unibank |
200 |
30 |
30 |
|
TuranBank |
136 |
30 |
30 |
|
Nikoyl Bank |
136 |
30 |
15 |
|
Amrah Bank |
140 |
30 |
15 |
|
AGBank |
136 |
30 |
30 |
|
Rabitəbank |
136 |
20 |
15 |
|
Caspian Development Bank |
136 |
20 |
15 |
|
Bank Silk Way |
140 |
20 |
15 |
|
Bank BTB |
136 |
20 |
15 |
|
Zaminbank |
136 |
20 |
15 |
|
KredoBank |
136 |
20 |
15 |
|
Kapital Bank |
136 |
20 |
15 |
|
Dəmirbank |
136 |
20 |
15 |
|
Bank VTB Azərbaycan |
136 |
20 |
15 |
|
Bank Avrasiya |
136 |
20 |
15 |
|
AFB Bank |
136 |
20 |
15 |
