Rabitəbankın ASC –nin Ağcabədi filialı yeni ünvanda fəaliyyətini davam etdirir. | Banco.az

Rabitəbankın ASC –nin Ağcabədi filialı yeni ünvanda fəaliyyətini davam etdirir.

Rabitəbank" ASC  -nin Ağcabədi  filialı  daha rahat,  geniş və müasir standartlara cavab verən ofisə köçürülüb.

Müştəri məmnuniyyəti və rahatlığını daim üstün tutan Rabitəbank ASC, 07 mart 2016-ci il tarixindən yeni üslubda və müasir avadanlıqlarla tərtib edilən Ağcabədi filialı  korporativ standartlara  uyğun olaraq  müştərilərin  istifadəsinə verilib.

Belə ki, bu gündən etibarən, “Rabitəbank” ASC - nin Ağcabədi filialı müştərilərə Heydər Əliyev prospekti 29  ünvanında öz fəaliyyətini davam etdirir. 

Bankın yeni ofisi, iş günləri 09:00-dan 17:00-dək, şənbə günləri isə saat 10:00-dan 14:00-dək müştərilərə xidmət göstərir.

Filial  müştərilərə istehlak və biznes kreditləri, əmanətlər, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və plastik kartlar xidmətlərini geniş çeşitdə təklif edir. 

Ən sərfəli kredit üçün müraciət et

1993-cü ildə fəaliyyətə başlayan «Rabitabank ASC», tezliklə iqtisadiyyatın müxtəlif sahələrini əhatə etməklə öz fəaliyyət dairəsini genişləndirmiş və universal banka çevrilmişdir.                                                  Fəaliyyət göstərdiyi 22 il ərzində Rabitəbank ölkənin iri bankları arasında mövqeyini qoruyub saxlamaqla yanaşı, 22 filialdan  və 1 şöbədən ibarət filial şəbəkəsini yaradıb. Onlardan 7 – si Bakı şəhərində,17-si  isə Xırdalan, Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Masallı, Gəncə, Şəmkir, Şirvan, Şəki, Şamaxı, Kürdəmir, Naxçıvan, Ağsu və Ağcəbədi şəhərlərində fəaliyyət göstərməktədir.

Ən sərfəli krediti almaq üçün müraciət et