Kapital Bank
Hüquq Departamentində Baş və Aparici Hüquqşünas
Vakansiya haqqında məlumat:
Öhdəliklər
- Bankın fəaliyyəti ilə bağlı müqavilələrin ekspertizasını keçirmək və müqavilələrin mütəmadi təkmilləşdirilməsini təmin etmək;
- Bankın fəaliyyətilə bağlı bağlanan bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
- Hüquq Departamentinə aid olan məhkəmə proseslərində Bankı təmsil etmək;
- Bank qarantiyası, akkreditiv və digər maliyyə alətləri ilə bağlı məsələlərdə hüquqi dəstək göstərmək;
- Bankın fəaliyyəti ilə bağlı istifadə edilən müqavilə formalarınının mütəmaddi təkmilləşdirilməsini həyata keçirmək;
- Departament tərəfindən verilməli hüquqi rəylərin hazırlanması və yoxlanılması;
- Bankdaxili təlimat, qayda və prosedurların, əsasnamələrin ekspertizasının aparılmasında və müvafiq təkliflərin hazırlanmasında iştirak etmək;
- İdarə Heyətinin qərarlarının, İdarə Heyəti üzrə əmr və sərəncamların ekspertizasını həyata keçirmək;
- Hüquqi sorğuların cavablandırılmasında iştirak etmək;
- Dövlət orqanları və hüquq mühafizə orqanları ilə əməkdaşlıqda Bankı təmsil etmək.
Tələblər
- Ali hüquq təhsili (LLM magistr dərəcəsinin olması arzuolunandır);
- Bank, maliyyə sahəsində 5 illik iş təcrübəsi;
- Azərbaycan və Rus dillərini əla səviyyədə bilməli (İngilis dili bilən namizədlərə üstünlük verilir);
- Mülki, iqtisadi və inzibati işlər üzrə məhkəmələrdə iştirak təcrübəsi olmalı;
- Təzyiq altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi bacarmalıdır;
- Məsuliyyət, dürüstlük, dəqiqlik və etibarlılıq;
- Məxfilik, təhlik etmək, ünsiyyət bacarığı, vaxtın idarə edilməsi, komandada işləyə bilmək bacarıqların olması.
E-mail: [email protected]