Pul siyasətinin alətləri | Banco.az

Pul siyasətinin alətləri

Birbaşa pul siyasətində Mərkəzi Bank məqsədlərini həyata keçirmək üçün bazar qaydaları çərçivəsindən deyil, qanuni qaydalar yolundan istifadə edir.

Faiz dərəcələrinə nəzarət. MB-nin birbaşa alətləri içərisində ən çox istifadə ediləni - faiz dərəcələri üzərində nəzarət sistemidir. Mərkəzi Bank kredit qurumlarına əmanət və kredit əməliyyatlarına görə faiz dərəcələrinə məhdudiyyət qoya bilər. Bununla müxtəlif sektorlara müxtəlif faiz dərəcələri tətbiq edilə bilər, və bu zaman stimullaşdırılacaq sektorlara açılacaq kreditlərin faiz dərəcələri aşağı səviyyədə tutulur. Burada məqsəd kredit mənbələrin dövlət proqramına uyğun olaraq prioritet sahələrə verməkdir.

Kredit limitləri. Mərkəzi banklar kommersiya banklarının iqtisadi fəaliyyətlə əlaqədar olaraq sektorlara açacaqları kredit miqdarına məhdudiyyət qoya bilər. Açılacaq kreditlərə görə məhdudiyyət limitləri fərqləndirilir. Stimul edilmək istənilən sektorlara ayrılacaq kredit limitlərinin miqdarı yüksək tutulur və burada məqsəd kreditlərin bu sektorlara yönəlməsini təmin etməkdir. Kredit limitləri bank bazasında da uykulana, bankların sərmayəsinə, kredit və əmanət həcminə də qoyula bilər.

Fərqliləşdirilmiş reeskont kreditləri. Bank bazasında reeskont kvotaları, bankların məqsədlərinə, risk vəziyyətinə uyğun olaraq, likvid ehtiyacı ilə əlaqədar müəyyən edilir. Məqsəd bu kvotaların yardımı ilə yerli bankların reeskont pəncərəsindən daha çox yararlana bilməsini, bununla da bəzi sektorların maliyyə baxımından dəstəklənməsini təmin etməkdir. Məsələn, kənd təsərrüfatı sektoruna daha çox qaynaq transfer edən banklarda Mərkəzi bank tərəfindən reeskont kvotaları yüksək tutulur. 

Disponibilitə tətbiqi. Mərkəzi bank, kommersiya banklanın aktivlərindəki mənbələrin müəyyən bir nisbətini dövlət istiqraz kağızlarını satın almağa və ya bankların varlıqlarının müəyyən faizini kassalarında nağd olaraq tutmağa məcbur edə bilər.

Portfeldə finans aktivlərinin yenidən nizamlanması. Mərkəzi bank, kommersiya banklarının portfellərində tutacaqları maliyyə aktivlərinin nisbətini təsbit edə bilər. Məsələn, satın alınan səhm və iqtiqrazların hansı fəaliyyət sahəsinə aid olmasını, bunların nisbətinin və ya miqdarının nə qədər olacağını müəyyənləşdirə bilir. Beləliklə, finans qurumlarının əllərində olan fondların iqtisadi sektorlara transfer edilməsini təmin etmək mümkündür.

Reklam və ya rəsmi olmayan göstərişlər. Mərkəzi Bankın ölkədə həyata keçiriləcək pul siyasətinin məqsədləri haqqında media qurumları vasitəsilə ictimaiyyətə açıqlamaları və ya iqtisadi islahatlar haqqında tövsiyə və təklifləri, şirkət və şəxslərin gələcək investisiya qərarlarında dəyişikliyə təsir edə bilər.

Dolayı pul siyasətinin həyata keçirilməsi istiqamətində Mərkəzi Bank pul bazarında bütün iştirakçılar kimi eyni statusda iştirak edir və bazarda gedən dəyişikliklərin təşəbbüskarı birbaşa Mərkəzi Bank deyil, bazardır.

Ən sərfəli kredit üçün müraciət et

Pul siyasətinin dolayı alətlərinin üç növü mövcuddur:

  • Reeskont siyasəti;
  • Məcburi ehtiyat normaları;
  • qiymətli kağız bazarında açıq əməliyyat siyasəti.

Reeskont siyasəti. Mərkəzi Bank reeskont əməliyyatlarını aparmaqla, likvid keyfiyyəti yüksək olan finans varlıqlarının diskont edilməsi formasında həyata keçirir. Bu yolla Mərkəzi Bank bankların kredit həcmlərinə təsir edə bilər. Reeskont krediti likvidə ehtiyacı olan bankların ən son likvid mənbəyi olan MB bu açığın bağlana bilməsi məqsədi ilə kredit təmin edilməsini qoruyan bir pul-kredit siyasəti alətidir.

Məcburi ehtiyat normaları. Mərkəzi Bank bu siyasəti həyata keçirməklə, kommersiya banklarına portfellərinin müəyyən bir hissəsini rezerv pul olaraq saxlamaqla (nağd və ya MBda əmanət formasında) qarşılarına öhdəçilik qoymaqdadır. Başqa sözlə, məcburi ehtiyat normaları bankların passivlərində yer alan bəzi öhdəliklərinin müəyyən bir hissəsinin nağd və faizsiz olaraq MB tərəfindən bron edilməsidir. MEN tətbiqi, бankların əmanətlərinə ani və vaxtaşırı çəkilişlərə qarşı bir yandan əmanət sahiblərinin sistemə olan inamını artırmaqla bə- rabər, digər tərəfdən pul miqdarına nəzarətdə önəmli bir alət olmuşdur. Gizli vergi təsiri (uyqulamaya görə faiz ödəmələrindən topladıqları əmanətin bir hissəsini faizsiz olaraq MB depo etdiyindən, banklar bu hissədən əldə edəcəyi gəlirdən məhrum olur. Bu gəliri isə MB istifadə edərək, bazardan gəlir əldə etməsi yolu ilə mənfəəti xəzinəyə axıtmaqdadır) də yaradan MEN-in varlığının davam etməsi xəzinəyə önəmli gəlir gətirir.

Açıq bazar əməliyyatı (ABƏ). Açıq bazar əməliyyatı, finans aktivlərinin MB tərəfindən birinci və ikinci bazarda birbaşa və ya tərs depo əməliyyatlarında istifadə edilən maliyyə aktivləri içərisində başlıca yeri cari xəzinə borcları və dövlət istiqraz sənədləri tutur. Açıq bazar əməliyyatı MB-nin tədavüldəki pul kütləsini azaltmaq və ya çoxaltmaq üçün xəzinə bono və təhvilləriylə, özəl sektora aid bəzi təhvil və sənədləri ilə konkret və ya keçici bir müddət üçün alqı-satqı əməliyyatıdır.

Açıq bazar əməliyyatları, bankların likvidlərindəki və bazardakı pul miqdarında dəyişikliyə yol açır. Bankların likvidində meydana gələn dəyişmələr kredit aça bilir və fond həcminə və kredit siyasətinə təsir edə bilir. Bundan başqa, açıq bazar əməliyyatları bazardakı tarazlıq faiz dərəcəsinə təsir edir. MB qiymətli kağızları satın alarkən bazara likvid çıxdığından faiz dərəcələri aşağı düşəcək, qiymətli kağızın qiyməti artacaqdır. Digər tərəfdən MB bazara qiymətli kağız satarkən, bazardakı likvid azalacaq, faiz dərəcələri yüksələcək, qiymətli kağızların qiyməti aşağı düşəcəkdir.