Monteneqroda Azərbaycan bankı fəaliyyət göstərəcək | Banco.az

Monteneqroda Azərbaycan bankı fəaliyyət göstərəcək

Monteneqro Mərkəz Bankı Azmont Bankın bank fəaliyyəti göstərməsi üçün lisenziya vermək barədə qərar qəbul edib. Bu barədə Trend BalkanPro-ya istinadən məlumat veirir. Azmont Bank Azmont Investments və Azerbaijan Global Investments (AGI) şirkəti tərəfindən təsis edilib.

“AGI şirkəti maliyyə sektorunda böyük təcrübəyə malikdir. Strategiyası - Azərbaycan hüdudlarından kənarda xammal sahələrində investisiya layihələrinin realizəsidir" - BalkanPro qeyd edir.

Ən sərfəli kredit üçün müraciət et

BalkanPro məlumat verir ki, Azmont Banka Bok-Kotorsk buxtası sahillərində yerləşən Kumbor qəsəbəsində Portonovi kompleksinin tikintisi ilə işə başlayacaq.

Qeyd edək ki, Portonovi Monteneqro ərazisində ən böyük layihələrdən biridir.

Ümumilikdə Azmont Bank da daxil olmaqla Monteneqroda fəaliyyət göstərən bankların sayı 15-ə çatdı.