Elman Rüstəmov: "Əmanətlərin Sığortalanması Fonduna lazımi həcmdə vəsait veriləcək" | Banco.az

Elman Rüstəmov: "Əmanətlərin Sığortalanması Fonduna lazımi həcmdə vəsait veriləcək"

"Əmanətlərin Sığortalanması Fondunun vəsaitləri tükləndiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulduğu qaydada Mərkəzi Bank Fonda lazımi həcmdə vəsait verəcək". "APA-Economics" xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

"Burada heç bir qorxulu şey yoxdur. Ləğv olunmuş bankların əmanətçilərinə kompensasiyaların verilməsi prosesi davam edir. Fondun qiymətli kağızları var idi, o kağızlar da satıldı, əvəzində müəyyən həcmdə vəsait cəlb olundu. Orada kəsir çox da böyük deyil. Mərkəzi Bank artıq o vəsaitlərin Əmanətlərin Sığortalanması Fonduna verilməsi ilə bağlı Fondla danışıqlar aparır. Bu, hər iki qurum arasında olan ilk əqd olacaq. Düşünmürəm ki, uçot dərəcəsindən yuxarı faiz dərəcəsi olacaq".

Ən sərfəli kredit üçün müraciət et