AMB: Strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbətinə görə Azərbaycan dünyada ilk yerlərdən birini tutur
Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ildə Azərbaycanın strateji valyuta ehtiyatlarının zəruri həcmdə qorunması təmin edilib. "APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2015-ci il üzrə pul siyasəti icmalında deyilir.
İcmalda deyilir ki, 2015-ci ilin sonuna strateji valyuta ehtiyatları 26 aylıq mal və xidmət idxalına kifayət edib və xarici dövlət borcunu 5,2 dəfə üstələyib.
"Strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbətinə görə Azərbaycan dünyada ilk yerlərdən birini tutmaqda davam edib", - deyə sənəddə qeyd edilib.