Azad Cavadov: "Texnikabank"da 66 min əmanətçinin təxminən 79 milyon manat əmanəti var" | Banco.az

Azad Cavadov: "Texnikabank"da 66 min əmanətçinin təxminən 79 milyon manat əmanəti var"

"Texnikabank" ASC-nin müştərilərinin dəqiqləşdirilməsi prosesi davam edir". "APA-Economics" xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib.

Onun sözlərinə görə, ilkin hesablamalara görə, bu bankda 66 min əmanətçinin 79 mln. manat əmanəti var: "Hazırda 66 min əmanətçinin hesablamalarının dəqiqləşdirilməsi aparılır. Biz dördüncü gün ərizələrin qəbuluna başlayacağıq. Bu bank böyük olduğunu nəzərə alaraq Himayəçilik Şurasının iclası çağırılacaq. Bildiyiniz kimi, "Muğanbank", "Unibank", "Rabitəbank" və "Kapital Bank" agent banklardır. Yəqin ki, "Texnikabank"ın əmanətçilərinə kompensasiyaların verilməsinə 4 bank cəlb ediləcək".

Ən sərfəli kredit üçün müraciət et