“SAS Azərbaycan Sammitində” Analitiklə yaradılacaq fürsətlər müzakirə edildi | Banco.az

“SAS Azərbaycan Sammitində” Analitiklə yaradılacaq fürsətlər müzakirə edildi

Dünya analitik-informasiya lideri olan SAS tərəfindən Bakıda təşkil olunan "SAS Azərbaycan Analitik  Sammiti"ndə  analitik məlumatlar sahəsində seçilən bu böyük şirkətlə əldə olunacaq fürsətlərlə fərqli sektorlarda qazanılacaq  faydalar  haqqında sektorun seçilən nümayəndələrinə məlumat verildi.

Dünya analitik-informasiya lideri SAS, qabaqcıl analitikanın, Azərbaycan kimi böyüyən iqtisadiyyatlarda başda bankçılıq, sığorta, telekommunikasiya, enerji və pərakəndə sektorlar olmaqla, bütün sektorlar üçün nə kimi imkanlar yaratdığını  "SAS Azərbaycan Analitik Sammiti"ndə  diqqətə çatdırdı.

SAS Türkiyənin Baş Direktoru Hakan Erdemlinin ev sahibliyi ilə Bakıda keçirilən Sammitdə inkişaf etmiş analitikadan necə dəyər yaradıldığı və təşkilatların qərar qəbul etmə proseslərinə analitikanı necə daxil edəcəkləri panellər və çıxışlarla  iştirakçılara çatdırıldı. Azercell-in Biznes-analitika bölməsinin rəhbəri Azad Hüseynov, Yapı Kredit Bankın Təsdiqləmə (Validation) şöbəsinin rəhbəri İnci Aksoy, Turkcell-in  Biznes-analitika şöbəsinin mütəxəssisi Sərhat Kəsicinin də məruzəçi kimi iştirak etdiyi tədbirdə SAS-ın yüksək vəzifəli şəxsləri də çıxışlar etdilər. Tədbirdə analitik, müştəri intellekti  və risk məsələlərinə sektorlar əsasında toxunuldu.

Tədbirdə çıxış edən SAS Yaxın Şərq və Afrika Bölgəsi Analitik direktoru Yiğit Karabağ, ənənəvi iş intellekti müddətindən inkişaf etmiş analitika səviyyəsinə necə  keçid edilməsinin lazım olduğunu və analitik işlərin fərqli səviyyələrində əldə ediləcək faydaları iştirakçıların diqqətinə çatdırdı.

Bankçılıq, telekommunikasiya və sığortaçılıq sektorlarında analitik tətbiqlərin gətirdiyi faydaların da nümunələrlə təqdim edildiyi tədbirdə, hər üç sahədə mütəxəssis olan  SAS səlahiyyətliləri çıxış etdilər. SAS Customer Decision Hub həllinin bank və telekommunikasiya sektorlarındakı tətbiqlərindən danışan  SAS Türkiyə Satış Öncəsi və Biznes Həlləri şöbəsinin  direktoru Cəlal Kavuklu, hər keçən gün məsuliyyətləri bir az daha  artan marketoloqların analitika ilə necə strategiyalar təyin edib, təhlillər apara biləcəyindən danışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bank sektorunda operativ, kredit və likvidlik risklərinin idarə edilməsi üçün SAS Risk Management for Banking həllindən bəhs edən SAS Türkiyə Satış Öncəsi Risklərin İdarə olunması üzrə lider Fatih Alali analitik həllər sayəsində bankların kreditlərin təsdiqi nisbətlərini etibarlı şəkildə yüksəldib, gəlirlərini əhəmiyyətli şəkildə artıracağını  ifadə etdi. SAS Türkiyə Sui-istifadə və Analitik Məsləhət şöbəsinin direktoru Moti Romi isə rəqabətin gedərək artdığı sığortaçılıq sektorunda təşkilatların mövcud müştərilərini qorumaq və yeni müştərilər qazanmaq üçün irəliləmiş analitikanın köməyilə hansı çıxış yolları tapa biləcəklərindən danışdı. Romi ayrıca, Türkiyədə və dünyanın bir çox yerində istifadə olunan  SAS Fraud Framework həlli ilə sığorta şirkətləri üçün çox böyük bir problem olan sui-istifadə  hallarının qarşısının necə alındığından da bəhs etdi.

SAS, Azərbaycandakı layihələrinin 2016-cı ildə fərqli sektorları da əhatə edəcək şəkildə davam edəcəyini bildirdi.

SAS HAQQINDA

SAS, biznes-analitika proqram və xidmətlərində dünya lideri və biznes sahəsində ən böyük müstəqil həlllər təchizatçısıdır. SAS, 70.000-dən çox təşkilatda yaradıcı çıxış yolları ilə müştərilərinin məhsuldarlığını  artırmalarına kömək etməklə, daha doğru, sürətli qərar vermələrini təmin edərək onlar üçün dəyər yaradır. Qısaca, SAS, 1976-cı ildən  bu yana dünyanın dörd  tərəfindəki müştərilərini “BİLMƏYİN GÜCÜ” ilə tanış etməkdədir.