Dünya bazarında dolların ucuzlaşmasının səbəbləri açıqlanıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Dünya bazarında dolların ucuzlaşmasının səbəbləri açıqlanıb

Ötən gün qlobal fond bazarlarında əsas indekslər yüksəlib.

“APA-Economics” “Reuters”ə istinadən xəbər verir ki, fond bazarlarında yüksəlişə səbəb bu il ABŞ-da faiz dərəcələrinin artırılması ilə bağlı gözləntilərin özünü doğrultmaması ilə bağlıdır.
 
Məlumata əsasən, ABŞ-ın faiz dərəcələrini artırmayacağı ilə bağlı ehtimalların çoxalması dolların məzənnəsinin aşağı düşməsinə gətirib çıxarıb.
 
“Artıq 4 gündür ki, ABŞ dollarının məzənnəsi zəifləməkdə davam edir. Buna Federal Ehtiyatlar Sisteminin nümayəndəsinin kreditlər üzrə faiz dərəcələrinin artırılmayacağına ümid yaradan şərhlər səbəb olub”, - deyə məlumatda vurğulanıb.
 
Federal ehtiyat bankının yeni rəhbəri Robert Kaplan bəyan edib ki, FES faiz dərəcələrinin artırılması məsələsində tələsməməlidir.