"Accessbank" 2015-ci ili mənfəətlə başa vurdu | Banco.az

"Accessbank" 2015-ci ili mənfəətlə başa vurdu

"Accessbank" 2015-ci ilin maliyyə hesabatını açıqlayıb.

banco.az xəbər verir ki, bankın cəmi kredit portfeli 2014-cü illə müqayisədə 12% artaraq 922 milyon 797 min manat təşkil edib. Kredit portfelinin 7,55%-nin və ya 69 milyon 693 min manatının ödəmə vaxtı keçib. 2015-ci ilin sonunda bankın məcmuu kapitalı 2014-cü ilə nisbətən 4% artmış və 158 milyon 240 min manat təşkil etmişdir.

Bankın maliyyə göstəricilərində imza atdığı ən böyük uğuru isə 2015-ci ili 13% artımla başa vuraraq cəmi aktivlərini 1 milyard 188 milyon 797.945 min manata yüksəltməsi olub.

Ən sərfəli kredit üçün müraciət et

Ötən il ərzində bankın depozit portfeli (banklar və digər maliyyə müəssisələri istisna olmaqla) 279 milyon 812.5 manat, öhdəlikləri 1 milyard 30 milyon 557.81 min manat təşkil etmişdir.  "AccessBank”da əhalinin 172 milyon 154.43 min manat əmanəti var.

Ümumilikdə isə ötən ili "Accessbank" 1 milyon 706.26 min manat mənfəətlə başa vurmuşdur.

2015-ci il kimi çətin ili belə göstəricilər ilə başa vurması bankın vəziyyətinin sağlam olduğunu göstərir.