Sahibkar olmaq ilə bunu istəmək arasında böyük bir fərq var. Siz də bu yolda irəliləmək istəyirsinizsə, bir təşəbbüskar olaraq bu məsləhətləri unutmamalısınız.
- Maliyyə vəziyyətinizi idarə edin və diqqətli izləyin.
- Xəyal qurun, amma xəyalpərəst olmayın. İşinizin güclü və zəif tərəflərini bilin.
- Uzunmüddətli planlar qurun və hədəflər qoyun.
- Heç vaxt "rəqibim yoxdur" deməyin. Bazar araşdırmasını diqqətli edin.
- Müştəri kütlənizi tanıyın.
- Komanda çox vacibdir. Yaxşı bir komanda yığmaq üçün çox adamla danışın və güclü insanları ətrafınızda toplayın.
- Mən əvəzinə Biz deməyi öyrənin
- Özünüzdən razı olmayın. Yeni qurulan işlərin 80%-i birinci ilində bağlanır. 20%-in arasında olmağa çalışın.
- Özünüzə və sevdiklərinizə vaxt ayırın. Bu sizin motivasiyanızı yüksəldəcəkdir.