Dünyada ilk bank xidmətlərinin qədim Şumer və Babillərdən bəri mövcud olduğu güman olunur. Şumerlərdə e.ə 3500-ci ildə yaradılan "Maket" ilk bank quruluşudur.
Maketin rahibləri ilk borc verənlər idi. Hətta məşhur Hammurapi qanunlarında maketlərin borc işlərini necə idarə edəcəyi yazılmışdır.
"Bank" sözü bizə İtalyadan gəlmişdir. Orta əsrlərdə İtalyan dilində "banco" sözüylə təyin olunardı. Günümüzdəki bank sözü də məhz bu "banco" sözündən doğulmuşdur.
Müasir bankçılıq isə böyük bir ehtimalla 1587-ci ildə Venesiyada başlamış sayılır. Həmin tarixdə Venesiyada "Banco di Rialto" qurulmuşdu. Bu bankda əmanət sahiblərinin pulu qəbul edilir və hesabı (bankda pulu) olanların, lazım olduğu zaman pullarının qarşılığında çek yazmaları sistemi tətbiq olunurdu. 1619-ci ildə, "Banco del Giro" daha yeni fəaliyyətlərlə xidmətə girdi. Yatırılan qızıl və gümüş qarşılığında qəbzlər (sənədlər) verirdi. Bu sənədlər də pul yerinə keçir, pulmuş kimi istifadə edilə bilərdi.
İngiltərədə 1694-cü ildə "Bank of England" qurulana qədər, zərgərlər bankir olaraq xidmət edirdilər.
Birləşmiş Amerikada ilk bank, 1782-ci ildə Konqresin xüsusi qanunu ilə Filadelfiyada yaradılmış "Bank of North America" oldu.
Sizlərə hələ də fəaliyyətini davam etdirən və dünyanın ən qədim 10 bankını təqdim edirik:
Banca Monte dei Paschi di Siena - İtaliya (1472)
Berenberg Bank - Almaniya (1590)
Sveriges Riksbank - İsveç (1668)
C. Hoare & Co - İngiltərə (1672)
Metzler Bank - Almaniya (1674)
Barclays - İngiltərə (1690)
Coutts - İngiltərə (1692)
Bank of England - İngiltərə (1694)
Bank of Scotland - Şotlandiya (1695)
Caja Madrid - Bankia (indi) - İspaniya (1702)