Maliyyə dünyasının 5 zəngin şəxsi | Banco.az

Maliyyə dünyasının 5 zəngin şəxsi

Dünyanın top investorlarının ümdə məqsədləri, milyonları düzgün idarə etmək və öz müştərilərinə xeyir gətirməkdən ibarətdir.

Həmçinin, onlar öz sərvətlərini hər ötən gün daha çox artırmaqda iddialıdırlar. 

Sizə maliyyə erasına ağalıq edən 5 nəfərin adının olduğu siyahını təqdim edirik. Biznes maqnatı-Warren Buffett artıq neçə illərdir ki, "maliyyə sahəsində dünyanın ən zəngin şəxsi" adını qoruyub saxlamaqda davam edir. 

5. George Soros

5. George Soros

85 yaşlı macar iş adamının varidatı 21 milyard dollar dəyərindədir. Soros Fond Menecmentə rəhbərlik edir. Əslən macar olan Cors Soros, əvvəlcə Böyük Britaniyaya köçüb, bir müddət orada yaşadıqdan sonra ABŞ-da məskunlaşıb.

Bu gün o, 25 milyardlıq səhmləri olan, həmçinin Amazon, Facebook və Netflix kimi iri kompaniyalarda payı olan, Soros Fond Menecmentin rəhbəridir.

Soros həmçinin, Open Society adlı dünyanın müxtəlif yerlərindən cəmiyyət və insan hüquqlarının qorunması uğrunda mübarizə aparan fond və partnyor şəbəkəsini özündə birləşdirən  təşkilata rəhbərlik edir. Təşkilatın əsasını 1979-cu ildə qoyub.

Corc siyasətlə də yaxından maraqlanır. O liberalların dostu olduğunu və mühafizəkarlarla əks mövqedə dayandığını açıq şəkildə göstərir. Hətta, Hilari Klintonun siyasi portfoliosu üçün ötən il 2 milyon dollar xərcləyib. 

4. Alwaleed bin Talal bin Abdul Aziz al Saud

4. Alwaleed bin Talal bin Abdul Aziz al Saud

62 yaşlı Alwaleed bin Talal bin Abdul Aziz al Saudin 22.5 milyard dollarlıq sərvəti var. Şahzadə Alwaleed, ilk Səudiyyə Ərəbistanı kralı olan, Abdul Aziz al Saudin nəvəsidir. Öz sərvət imperiyasını, ABŞ-dan tutmuş, Orta Şərqədək müxtəlif nəhəng şirkətlərə ağıllı sərmayə qoyuluşu nəticəsində əldə edib. Kingdim Holdinq CO-nun əsasını 1980-ci ildə qoyub. O, vaxtdan daşınmaz əmlak, əyləncə və təhsil kimi müxtəlif sahələrə sərmayələr qoyub. Həmçinin şirkət, Twitter, The Four Seasons, Time Warner, and Motorola kimi kompaniyalarda pay sahibidir.

Alwaleedlə sərvəti arasında çox müəmmalı bir bağ var. Belə ki, o öz sərvəti ilə bağlı real rəqəmləri çox vaxt gizlətməyə çalışır. Lakin, son dövrlərdə, mətbuata verdiyi açıqlamada sərvətini bütünlükdə xeyriyyəyə sərf etməyi planlaşdırdığını qeyd edib.

3. Jorge Lemann

3. Jorge Lemann

Ən sərfəli kredit üçün müraciət et

76 yaşlı braziliyalının şəxsi sərvəti 25 milyard dəyərindədir. O, Bloomberq tərəfindən “dünyanın ən maraqlı milyarderi” adlandırılıb. Belə ki, hələ maliyyə sferasına dönüş etməmişdən əvvəl o jurnalist kimi fəaliyyət göstərib və peşəkar tennis üzrə çempion olub. Hər şey, onun 1971-ci ildə Brazilyada balaca broker firması almasından sonra başladı. 2004-cu ildə Lemann özünün  3G Capital şirkətinin əsasını qoydu.

Warren Buffettlə etdiyi əməkdaşlığa görə də kifayət qədər məşhurdur.

2014-cü ildə Lemann Buffettin Berkshire Hathaway-nin yardımı ilə Burger King və Kanada brendi Tim Hortonsun birləşməsindən nəhəng fast-food kompaniyası yaratdı. Həmin ilin martında 3G və Berkshire Hathaway yenidən bir araya gəldilər və, Kraft və Heinzin birləşməsi üçün 10 milyardlıq sərmayə qoyuluşu etdilər. Şirkət hazırda dünyanın 5-ci  ən böyük içki və qida kompaniyasıdır. Bu birləşmə sərmayədarlarına 28 milyard dollar qazandırdı.

2. Michael Bloomberg

2. Michael Bloomberg

Michael Bloomberg 42.1 milyard dollarlıq sərvətə malikdir. 73 yaşı var. Bloomberg 1981-ci ildə maliyyə sənədləri firmasının əsasını qoydu. 1966-cı ildə Harvard Biznes Məktəbindən MBA üzrə məzun olduqdan sonra isə Solomon Brothers investisiya bankında uğurlu karyera qurur. 1990-cı ildə o, öz şirkətinə xəbərlər və media bölməsini əlavə edir. Şirkət hər il gəlirlərinin 9 milyadlıq hissəsini tez-tez yenilənən biznes və maliyyə xəbərlərinə olan böyük maraqdan əldə edir.

Bloomberq siyasi səhnədə özünün sınamaqda qərarlıdır. O, prezidentliyə namizdədliyini irəli sürmək üçün ona ediləcək təklifi gözləyir. Mühafizəkar görüşü ilə yadda qalan Buffet, silah kontrolunun, abort hüquqlarının və iqlim dəyişikliyini nəzarətdə saxlamağın aktiv tərəfdarıdır. Nyu York şəhər offisində post əldə etmək üçün 261 milyon dollarından keçən, iş adamı prezident seçkilərində uğur qazanmaq üçün 1 milyard dollardan artıq pul xərcləməyə hazır olduğunu vurğulayıb.

1. Warren Buffett

1. Warren Buffett

Warren Buffettin varidatı 60.7 milyard dollar dəyərindədir. 85 yaşı var. Berkshire Hathawayin direktoru olan bu şəxs öz uğurlu biznes karyerasına çox gənc yaşlarda başlayıb. Harvard Biznes Məktəbindən qovulduqdan sonra, Buffet Kolumbiya Biznes Məktəbinə üz tutdu. Burada o, karyerasını qurmaqda ona istiqamət verən Benjamin Graham ilə tanış olur. Öz şirkətini qurmazdan əvvəl Buffet, 50-ci illərdən qiymtəli kağızlar üzrə analitik kimi işləməyə başlayır. 1969-cu ildə o, özünün "The Oracle of Omaha." ləqəbli Berkshire Hathaway tekstil kompaniyasını satın alır.

O, öz milyardlarına görə, təkcə rəhbərlik etdiyi şirkətə yox, həmçinin, Coca-Cola, American Express, Geico, Fruit of the Loom, Dairy Queen, və General Motors kimi şirkətlərə etdiyi investisiyalara borcludur.

Buffet Bill Gateslə yaxın dostluq əlaqələrinə sahibdir. Onlar birlikdə, məqsədi zəngin şəxləri sərvətlərinin ən az yarısını xeyriyyə məqsədilə sərf etməyə cəlb edən “Giving Pledge”i yaradıblar.

Ən sərfəli krediti almaq üçün müraciət et