Azərbaycan Beynəlxalq Bankı JCB kartlarına xidmətə başladı | Banco.az

Azərbaycan Beynəlxalq Bankı JCB kartlarına xidmətə başladı

Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Beynəlxalq BankıJCB International beynəlxalq ödəniş sisteminə aid kartlar üzrə xidmətə başlayıb. JCB kartlarından Azərbaycan Beynəlxalq Bankının bütün bankomat və POS terminallarında istifadə etmək olar.       

Yaponiyanın böyük ödəniş sistemi olan JCB (Japan Credit Bureau) 1961-ci ildə yaradılıb. Bu gün bütün dünyada 89 milyondan çox şəxs JCB kartlarından istifadə edir.  JCB kartları Yaponiyadan başqa dünyanın 19 ölkəsində, o cümlədən Çində, Cənibi Koreyada, Tayvanda, Vyetnamda, İndoneziyada, Filippində, Sinqapurda, Avstriyada, İspaniyada, ABŞ-da və Rusiyada buraxılır. JCB beynəlxalq ödəniş sistemi kart qəbulu nöqtələrinin sayına görə dünyada üçüncüdür. JCB kartlarına dünyanın 190 ölkəsində, 28 milyondan çox ticarət və iaşə mərkəzində xidmət göstərilir.  

Bu ödəniş sistemi ilə əməkdaşlıq indi JCB kartlarından Azərbaycan Beynəlxalq Bankına məxsus 730 bankomatda, habelə Bankın xidmət şəbəkəsinin əhatə etdiyi 11 mindən çox ticarət və ximət məkanında da istifadə imkanı verir.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycan Beynəlxalq Bankı Visa International, MasterCard Worldwide, American Express, Diner’s Club və Union Pay beynəlxalq ödəniş sistemləri ilə də əməkdaşlığı uğurla davam etdirməkdədir.

35 filiala və 43 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud (012) 937 və ya *2265 nömrəli Məlumat Mərkəzindən əldə etmək mümkündür.