- Bankların kredit reytinqi olduğu kimi, ölkələrin də kredit reytinqi vardır və bu reytinqin ən üst səviyyəsi AAA-dır.
Bəs, kredit reytinqi AAA olan ölkələr hansılardır?
Əvvəlcə ölkələrin kredit reytinqlərini təyin təşkilatlardan bəhs edək. Hamısı Amerika mərkəzli olan bu təşkilatlar; Standard & Poor 's, Fitch və Moody' s-dir. Kredit reytinqləri isə hər üç təşkilatda da eynidir:
AAA — kredit qabiliyyətinin ən yüksək səviyyəsi
AA — kredit qabiliyyətinin çox yüksək səviyyəsi
A — kredit qabiliyyətinin yüksək səviyyəsi
BBB — kredit qabiliyyətinin kifayət qədər səviyyəsi
BB — kredit qabiliyyətinin kifayət etməyəcək səviyyəsi
B — kredit qabiliyyətinin çox kifayət etməyəcək səviyyəsi
CCC — defolt mümkün olan səviyyə
CC — defoltun mükünlüyünün yüksək səviyyəsi
C — defolt qaçılmazdır
D — defolt
Reytinqi olmayan
Kredit reytinq təşkilatlarından biri olan Standard & Poor's üçün BBB- və yuxarı reytinqə sahib olan ölkələrə investisiya edilə bilər. BB + və aşağı reytinqə sahib olan ölkələr isə investisiya edilə bilməyəcək qədər pis vəziyyətdə olan ölkələr olaraq qiymətləndirilir.
Fitch-ə görə isə eynilə Standard & Poor 's, kimi BBB- və yuxarı kredit reytinqi olan ölkələr, investisiya edilə bilən ölkələrdir. BB + və aşağı kredit reytinqi olan ölkələr isə zibil olaraq qiymətləndirilir və investisiya edilməz ölkələrdir.
Moody 's üçün isə Baa3 və yuxarı kredit reytinqi olan ölkələr investisiya edilə bilən ölkələrdir. BA1 və aşağı kredit reytinqi isə o ölkənin investisiya edilə bilməyəcək qədər pis olduğunu göstərir.
Kredit reytinqi AAA olan ölkələr:
- Finlandiyanın kredit reytinqi AAA olub, vəziyyəti Sabitdir.
- Almaniyanın kredit reytinqi AAA olub, vəziyyəti Neqativdir.
- Lüksemburqun kredit reytinqi AAA olub, vəziyyəti Neqativdir.
- Hollandiyanın kredit reytinqi AAA olub, vəziyyəti Neqativdir.
- Norveçin kredit reytinqi AAA olub, vəziyyəti Sabitdir.
- Sinqapurun kredit reytinqi AAA olub, vəziyyəti Sabitdir.
- İsveçin kredit reytinqi AAA olub, vəziyyəti Sabitdir.
- İsveçrənin kredit reytinqi AAA olub, vəziyyəti Sabitdir.
- Kanadanın kredit reytinqi AAA olub, vəziyyəti Sabitdir.
- Danimarkanın kredit reytinqi AAA olub, vəziyyəti Sabitdir.
- Avstraliyanın kredit reytinqi AAA olub, vəziyyəti Sabitdir.
Yuxarıda adı qeyd olunan ölkələr kredit reytinqi AAA olan ölkələrdir və investisiya üçün ən uyğun ölkələrdir.
Ölkəmizə isə Standard & Poor's tərəfindən BBB- (Neqativ), Moody 's tərəfindən Baa3 (stabil), Fitch tərəfindən isə BBB- (stabil) dərəcəsi verilmişdir və nəticədə vəziyyət neqativ olaraq qiymətləndirilmişdir.