Kasko sığortasında ödəniş 17% azalıb | Banco.az

Kasko sığortasında ödəniş 17% azalıb

Ötən il həyata keçirlmiş sığorta ödənişlərinin ən ciddi artımı isə yük daşıyanın mülki məsuliyyətinin sığortasında qeydə alınıb. Bu növ sığortada ödəniş 2,3 dəfə artaraq 14,4 min manat təşkil edib. Bundan başqa, hava nəqliyyatı vasitələrinin sığortasında ödəniş 1,3 dəfə artaraq 504 min manat, kənd təsərrüfatı heyvanlarının sığortasında isə 1,2 dəfə artaraq 379 min manat olub.

Azərbaycan Sığortaçılar Assosiasiyasından "Banco.az"a daxil olan məlumata görə, sığorta ödənişlərinin məbləği həyatın ölüm halından sığortasında 66,5% artaraq 2,2 milyon manat, həyatın yaşam sığortasında 93,2% artaraq 47,9 milyon manat, tibbi sığortada 6,5% artaraq 51,3 milyon manat, səfər sığortasında 28% artaraq 343 min manat, avtomobillərin icbari sığortasında isə 10,5% artaraq 33,4 milyon manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

İl ərzində sığorta ödənişlərinin ən çox azalması isə su nəqliyyat vasitələrinin sığortasında, işçilərin dələduzluğu sığortasında və yanğından icbari sığortada qeydə alınıb. Bu növ sığortalar üzrə ödəniş 100% azalıb. Bundan başqa, kənd təsərrüfatı bitkiləri məhsullarının  sığortası üzrə ödəniş 83,7% azalaraq 50,7 min manat, sağalmaz xəstəliklərdən sığortada isə 78,1% azalaraq 14 min manat olub.

Sığorta ödənişlərinin məbləği fərdi qəza və xəstəlik sığortasında 30,1% azalaraq 1,1 milyon manat, əmlakın yanğından və digər risklərdən sığortasında 5,7% azalaraq 7,2 milyon manat, kasko sığortasında 17,1% azalaraq 23,7 milyon manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında isə 71,7% azalaraq 174 min manat, istehsalatda bədbəxt hadisələrdən sığortada 11,2% azalaraq 2,1 milyon manat, daşınmaz əmlakın icbari sığortasında isə 44,5% azalaraq 1,3 milyon manat olub.