Manat avroya qarşı zəifləyib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Manat avroya qarşı zəifləyib

Bu gün yanvarın 26-sı ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi zəifləyib.

Azərbaycan Mərkəzi Bankının (AMB) yanvarın 27-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi ötən günlə müqayisədə 0,0002 manat və ya 0,01% azalaraq 1,6050 səviyyəsində müəyyən olunub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası  0,0014 manat və ya 0,08% möhkəmlənərək 1,7432 manatadək artıb.

Rusiya rublunun məzənnəsi 0,0002 manat və ya 1% artaraq 0,0203 manat səviyyəsində müəyyənləşib.