Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti valyuta hərracı keçirib.
Banco.az "APA-Economics"ə istinadən xəbər verir ki, tənzimləyici tərəfindən hərraca 200 mln. ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb.
Hərracda iştirak edən 29 bank tərəfindən məcmu tələb 98,217 mln. dollar təşkil etdiyindən, sifarişlər 100% nisbətində təmin olunub.