"Kapital Bank"ın rəhbərliyində dəyişiklik olub | Banco.az

"Kapital Bank"ın rəhbərliyində dəyişiklik olub

“Kapital Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.

21 yanvar 2016-cı il tarixdə “Kapital Bank” ASC-nin baş ofisində Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.

Yığıncağın qərarına əsasən, başqa işə keçməsi ilə əlaqədar olaraq Cavid Quliyev Bankın Müşahidə Şurasının üzvülüyündən azad edilib.