Banklar haqqında 10 maraqlı fakt | Banco.az

Banklar haqqında 10 maraqlı fakt

1. Bank-mağaza

Bank sözü masa olaraq tərcümə olunur. "banco" italyan sözü olub dəmir pulların nizamla düzüldüyü və dəyişdirildiyi mağaza və ya masa mənasını verir. 

2. Bankların ilk rəqibləri məbədlər olub.

Qədim yunan məbədlərinin toxunulmazlığı səbəbilə, fiziki şəxslər öz qazanclarını məbədlərə həvalə edirdilər. Ona görə də məbədlər bankların ilk rəqibləri sayılırdı.

3. Qədim zamanlarda bankirlərin müqəddəs torpaqlarda dəfninə izn verilmirdi

1179-cu ildə III Papa Aleksandr elan etdi ki, faizə pul verən şəxslər xristian qanunları ilə dəfn edilə bilməz. 

4. Ən dəhşətli bank soyğunu

Ginnesin Rekordlar kitabı təsdiq edir ki, dünyanın ən dəhşətli bank soyğunu 1945-ci ildə Almaniyanın məğlubiyyətindən sonra Reichsbank-da olmuşdur. Reichsbank-ın  seyflərində nasist Almaniyasının qızıl ehtiyatlarının böyük hissəsi və Almaniyanın işğal etdiyi ölkələrə məxsus dəyərlər saxlanılırdı.

T. Bauerin yazdığı "Nasist qızılları" kitabında verilmiş məlumata əsasən, oğurlanmış dəyərlərin ümumi məbləği 1984-cü il qiymətlərinə görə 3,34 milyard dollar təşkil edirdi.

5. Dünyanın ən böyük pul əskinazı

10 milyonluq Zimbabve dolları. Qara bazarda təxmini qiyməti 4 ABŞ dollarıdır. 

6. Dünyanın ən böyük və ən ağır dəmir pulu

1 milyonluq Kanada dolları -dünyanın ən böyük və eyni zamanda ən ağır dəmir puludur. 2007-ci ildə sifariş əsasında 3 ədəd hazırlanaraq bazara buraxılıb.

Ən sərfəli kredit üçün müraciət et

7. Hələ 1880-ci ildə bank kartı kəşf olmuşdu

Öncədən ödənişli kartlar haqqında ideya 1880-ci illərdə, təxminən 125 il əvvəl meydana gəlmişdi. Məşhur amerikalı alim Edward Bellamy "Looking back» (Geriyə baxanda) adlı kitabında öncədən ödənişli kartların istifadəsini təklif etdi. Lakin, onun perspektivli ideyası dəstəklənmədi.
Daha sonra 1950-ci ildə DCI (Diners Club International) adlı şirkət dünyada ilk dəfə universal ödəmə kartını buraxdı. Bu ideya şirkətin sahibi olan Frank X. McNamaranın ağlına restoranda hesab ödəyərkən nağd pulunun çatmadığını görərkən  gəlmişdi.

8. Bu gün dünyada iki milyondan çox ATM mövcuddur.

Dünyada ilk bankomat 1967-ci ildə Londonda şotland John Shepherd-Barron tərəfindən kəşf olunub. O vaxtlar plastik kartlar olmadığı üçün, pul bank tərəfindən verilmiş vauçer vasitəsilə çıxarılırdı.

9. Yollarda quldurluq hadisələri pul köçürmələrin yaradılması üçün səbəb oldu.

Qədim zamanlarda alverçilər yollarda baş verən quldurluq hadisələrindən ziyan çəkirdilər. Ticarətin inkişafı isə bu hadisələrin çoxalmasına səbəb olurdu. Pulların daşınmasını asanlaşdırmaq və təhlükəsizliyin təminatı üçün yeni bir yol düşünüldü, belə ki, pullar bir şəhərin bankından digər şəhərə və ya banka təminat məktubu vasitəsilə köçürülürdü. 
İlk köçürülmə 1871-ci ildə teleqraf vasitəsilə həyata keçirildi və pul alıcıya bir neçə gün ərzində çatdırıldı. Vəziyyət elektron ödəniş sistemlərinin yaranması ilə dəyişdi. 

10. Bank lətifələri

Bankirlər  haqqında olan lətifələr 2008-ci ildə yarandı. Ona qədər lətifələrdə bank və bankirlər demək olar ki, mövcud deyildilər. Onların lətifələrdə olmalarına səbəb isə dünyəvi krizis oldu.